Xose Martin Jan Pyer: Bakı Təşəbbüs Qrupu sayəsində bizi artıq beynəlxalq arenada tanıyırlar VİDEO
Nyu-York, 16 aprel, AZƏRTAC
“Biz uzun müddətdir müstəmləkəçiliklə bağlı mübarizə aparırıq, lakin bizim səsimizi heç kəs dinləmir, kimliyimizi tanımırdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qvadelupadan olan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Xose Martin Jan Pyer deyib.
“Bu gün artıq Bakı Təşəbbüs Qrupu sayəsində bizi beynəlxalq arenalarda tanıyırlar və səsimizi eşitməyə başlayıblar. Bizim əsas problemimiz müstəmləkəçilikdir, lakin xalqımız iqtisadi sıxıntılarla da üzləşib. Vaxtilə müstəmləkəçiliklə bağlı bölgəmizə gələn insanlar bazarlarda sistemi ələ keçiriblər. Xalqımız iqtisadi baxımdan çətin vəziyyətdədir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York