Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq üzv ölkələr arasında hər il “Türk Barometri” adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də Bakıda Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 - Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: Mövcud reallıqlar və gələcəyə baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Türk Barometri” tədqiqatının Azərbaycan üzrə icraçısı olan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın bu cür elmi-sosioloji tədqiqatlarla müəyyənləşdirilməsi türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: “Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərinin aparılması siyasi elitalarımız, akademik çevrələrimiz və beyin mərkəzlərimiz üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının “Türk Barometri” layihəsi tarixi bir missiyanı - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı, bir sözlə türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək, gələcəyin yol xəritəsini hazırlayır”.

Bildirib ki, milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını Vətən müharibəsi nümunəsində vahid media səngərində aşdığımız kimi, qərbmərkəzli elm və təhsil məkanlarında tarixi şüura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclər, ailə siyasətləri ilə dəf edə bilərik: “Təklif edirik ki, Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ universitetində Türk Dünyası Elm Mərkəzi yaradılsın. Qafqazın Konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna, Xankəndidə qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər”.

Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev aparılmış tədqiqatın türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlərin geniş miqyasda tədqiq olunduğunu deyib. Bu tədqiqatın nəticələrinin uzun illərdir türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlərin dolğun mənzərəsini müəyyənləşdirməyə imkan yaratdığını qeyd edən Ş.Mustafayev türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmasının zəruriliyini vurğulayıb. Akademik öz çıxışında, həmçinin araşdırma nəticələrindən danışaraq təhsil və elm sahəsində əməkdaşlığın sürətləndirilməsi üçün ortaq türk ədəbi dilinin yaradılmasının əhəmiyyəti, ali təhsil diplomlarının və elmi adların qarşılıqlı tanıması və ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Çıxışlardan sonra elmi-sosioloji tədqiqatın nəticələri türk dövlətlərindən olan tədqiqat qrupunun üzvləri tərəfindən konfrans iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, ötən il Sosial Tədqiqatlar Mərkəzinin iştirakı ilə aparılan “Türk Barometri 2024: Türk dövlətlərində təhsil sahəsində əməkdaşlığa münasibət” adlı tədqiqatın nəticələrinə dair hesabatda elm adamlarının, müəllimlərin və təhsil siyasətini formalaşdıran şəxslərin baxışları nəzərə alınaraq, türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıqla bağlı mövcud yanaşmalar təhlil edilib. Bundan əlavə, tədqiqat çərçivəsində ortaq təhsil və elm siyasətinin formalaşdırılması, türk dövlətləri arasında ortaq tədris proqramlarının hazırlanması, akademik, müəllim və tələbə mübadilə proqramlarının təşkili, elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də təhsil proqramlarının hazırlanması istiqamətlərində birgə əməkdaşlığa dair ictimai meyillər araşdırılıb.

“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar