Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Bakı, 12 may, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 12-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə Ermənistanın işğal siyasətinin tərkib hissəsi olaraq həmin ölkənin silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunda, o cümlədən rayonun Başlıbel kəndində, “Tunel” adlanan ərazisində və digər ərazilərində azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi, azərbaycanlı olduğuna görə dinc sakinlərə qarşı xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş şəxs Elşad Alışov ifadəsində Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib.

Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, müdafiə üçün heç bir silahı olmayıb, hadisə zamanı Ermənistan ordusu tərəfindən atılan güllələrdən biri anasının ayağına dəyib: “Onlar bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım. Yusifgilin (qonşusu – red.) maşını da vurulmuşdu. Maşını yoxlamaq məqsədilə ora çatanda anamı yerə qoyub, Yusifgilin maşınına baxdım. Amma qardaşım istisna nə onu (anasını nəzərdə tutur – red.), nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”.

Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib: “Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi”.

Digər zərərçəkmiş şəxs Elşad Əzizov Ermənistan silahlı qüvvələrinin Başlıbelə hücumu nəticəsində qolundan güllə yarası aldığını, hücum nəticəsində 12 nəfərin şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ermənistan ordusu kənd sakinlərinin evlərini talayır, mal-qaralarını aparırdılar.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumundan sonra Kəlbəcər demək olar bütün istiqamətlərdə mühasirədə olduğu üçün əhali Murov yolu ilə qaçmağa məcbur olub. E.Əzizov qaça bilməyənlərin isə dağlıq ərazidəki kahalarda məskunlaşdıqlarını və iyul ayına qədər Kəlbəcərdə qaldıqlarını vurğulayıb. Zərərçəkmiş şəxs vurğulayıb ki, kənd işğal olunanda Ermənistan silahlı qüvvələri mülki əhaliyə kəndi tərk etməyə imkan verməyib.

E.Əzizov bildirib ki, 113 gündən sonra gizli yolla Daşkəsən rayonuna gəlib çıxıblar. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, ermənilərin Kəlbəcərə ərazi iddiası 1987-1988-ci ildən başlamışdı: “Ermənilər azərbaycanlılara evlərini tərk etməsi üçün təzyiq göstərirdi. Kəlbəcər işğal olunanadək rayonda müxtəlif faciələr törədilib. Kənd işğal edilənədək isə Başlıbelin 1500-dən çox sakini var idi”.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran zərərçəkmiş şəxs deyib ki, Kəlbəcər işğal olunanda Ermənistan silahlı qüvvələri mülki əhalini 4 tərəfdən mühasirəyə alıb: “Məqsəd əhalini məhv etmək idi. Çünki çıxış üçün mülki azərbaycanlılara yol verilmədi. Əhalinin yeganə çıxışı Murov istiqamətində dağ yolu oldu”.

İfadə verən zərərçəkmiş şəxs Habil Ələsgərov bildirib ki, aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başlayıb. “Kəndə hücum edən Ermənistan silahlı qüvvələrinin hərbçiləri evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.

Zərərçəkmiş şəxs əlavə edib ki, Ermənistan ordusunun kahaya hücumu nəticəsində anası qolundan güllə yarası almışdı: “Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənistan silahlı qüvvələri mülki əhaliyə heç bir sual vermədən görən kimi öldürürdülər. Orada xarici ölkələrdən muzdlular da var idi. Girov düşməmək üçün qaçdım ki, bəlkə məni öldürərlər. Amma qaça bildim. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atmışdılar, hava soyuq olduğu üçün donaraq ölmüşdü. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavab olaraq H.Ələsgərov deyib ki, Başlıbel üçün yeganə çıxış “Tunel” kimi tanınan yol olub. Lakin Ermənistan ordusu orada pusqu quraraq yolu bağlayıb. Ərazidə gizlənmək üçün meşə də olmadığından ümid kahalara qalıb. O, həmin kahalarda günlərlə ac-susuz, qaranlıqda qaldıqlarını deyib. Bildirib ki, onlar ya kahalarda acından ölməli, ya da həyatlarını təhlükəyə ataraq gecə gizli şəkildə kəndə ərzaq dalınca getməli idilər.

Sonra məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən Başlıbel əhalisinin müdafiə olunduqları kahaların və hadisə yerinin dronla çəkilmiş görüntüləri nümayiş etdirilib, zərərçəkmiş şəxslər məhkəmədə gizləndikləri kahanı tanıyıb.

Dövlət ittihamını müdafiə edən prokurorun Ermənistan ordusunun hansı istiqamətlərdən hücum etdiyi barədə sualına cavabında H.Ələsgərov onların Ağdabandan və Basarkeçərdən hücuma keçdiyini deyib.

İfadə verən zərərçəkmiş şəxs Tacirə Ələsgərova aprelin 18-də Başlıbeldə yaşanan faciədə sol qolundan güllə yarası aldığını və 8 gün ailəsindən ayrı düşdüyünü deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında bildirib ki, onlar kahalarda 113 gün soyuqda, ac-susuz vəziyyətdə sanki cəhənnəmi yaşayıblar.

Şahid qismində dindirilmiş Ədalət Abbasov ifadəsində bildirib ki, 1993-cü ilin aprelində onlar mağaralarda gizləndikləri vaxt Ermənistan ordusunun hərbçiləri kənddə qalan sakinləri amansızlıqla öldürüblər.

“Hüseyn adlı sakini kəndin mədəniyyət evinin içərisində üzərinə yanacaq töküb yandırıblar. Biz kəndin içərisinə gizlincə ərzaq dalınca gedəndə meyitləri gördük”, - deyə o bildirib.

Ə.Abbasov əlavə edib ki, 1993-cü il aprelin 18-də Ermənistan ordusunun silahlanmış 30-a yaxın hərbçisi onların olduğu mağaralara yaxınlaşıb 10 nəfər Başlıbel kənd sakinini, 1 nəfər Laçın rayon sakini Əhliman adlı şəxsi və xidmət yoldaşı Vüqar Abdullayevi öldürüblər.

Dövlət ittihamçısı Fuad Musayevin “kahalara nə vaxt getdiniz?”, “neçə nəfər idiniz?” sualına cavab verən zərərçəkmiş deyib: “Biz aprelin 5-də kahalara sığınıb orada qaldıq. 7-8 kaha var idi, hərəsində təxminən 10 nəfər yerləşirdi”.

İfadə verən zərərçəkmiş şəxs Rüstəm Ələsgərov Başlıbeldə yolun kənarında Qənaət adlı sakinin meyitini gördüklərini deyib. O, Ermənistan ordusunun bölmələrinin insanlara hər cür işgəncə verdiklərini diqqətə çatdırıb.

“Ermənistan ordusunun hərbçilərinin öldürdüklərinin hamısı yaşlılar, qocalar, uşaqlar, ümumilikdə isə mülki insanlar idi”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarına cavabında R.Ələsgərov hücum edənlər arasında xarici ölkələrdən muzdluların da olduğunu deyib. “Girov götürülənlərin bəziləri sonradan dəyişdirilib. Həmin insanlara girovluqda dəhşətli işgəncələr verilib”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Əli Zeynalov “Tunel” adlanan yerdə Ermənistan ordusunun pusqusuna düşdüklərini, hadisə nəticəsində qohumlarını itirdiyini bildirib.

O vurğulayıb ki, Ermənistan silahlı qüvvələri heç kimə aman vermədən yaşlıları, qadınları, uşaqları gülləbaran edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Ə.Zeynalov Kəlbəcəri iki günə Murov istiqamətindən tərk edə bildiklərini deyib.

Daha sonra məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Arif Süleymanov aprelin 1-də mühasirədə qalan ailə üzvlərinə kömək etmək üçün piyada yolla Murov dağını aşaraq Kəlbəcər istiqamətinə getmək istədiyini, lakin ərazinin Tərtər çayı boyunca Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün gedə bilmədiyini deyib.

“Buna görə də Yanşaq kəndi ərazisindən geri qayıtmaq məcburiyyətində qaldıq. Bir gün əvvəl isə Kəlbəcərdən qalxan sonuncu vertolyot da Ermənistan ordusu tərəfindən vurulmuşdu. Ermənistan silahlı qüvvələri “Tunel” deyilən ərazidə azərbaycanlıları pusquya salmaq üçün mövqe tutub, tuneli keçməyə cəhd edən bütün avtomobilləri atəşə tuturdular. Ona görə də insanlar məcburən Murova doğru istiqamət götürdü. Həmin yolu isə şaxtalı, qarlı havada getmək olduqca çətin idi. Kəndi tərk edən əhalinin böyük əksəriyyəti yaşlı olduğundan irəliləyə bilmədi”, - deyə o, diqqətə çatdırıb.

Zərərçəkən əlavə edib ki, Başlıbel kəndi işğal olunan zaman anasını itirib.

Məhkəmənin növbəti iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb