Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Seul, 20 may, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Koreya Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın təmsilçiləri, diplomatlar, Azərbaycan diasporunun fəalları və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov 107 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə danışıb, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi və mütərəqqi dövlətçiliyin bərqərar olması üçün atdığı addımları, mövcud olduğu cəmi 2 ildə ərzində ölkədə və beynəlxalq aləmdə qazandığı uğurları vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti sovet işğalı ilə əlaqədar süqut etsə də, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və onun əsasını qoyduğu demokratik dəyərləri və ənənələri bərpa edib. Müstəqilliyinin ilk illərindən bəri çoxsaylı çağırışlar və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə sabit, güclü və beynəlxalq aləmdə söz sahibi olan dövlətə çevrilib.

Azərbaycanın uğurlu siyasi və iqtisadi inkişaf yolu keçməsi, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, nəhəng enerji, nəqliyyat və infrastruktur layihələrini uğurla həyata keçirməsi, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsindən bəhs edən diplomat, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Qələbə ilə ölkəmizin Ermənistanın uzunmüddətli işğalına son qoyması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini vurğulayıb. Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub.

Ramin Həsənov, həmçinin Azərbaycanın qlobal məsələlərin həlli üçün göstərdiyi səylərdən, bu xüsusda ölkəmizin ötən il COP29 tədbirinə müvəffəqiyyətlə evsahibliyi etməsindən, Azərbaycanın COP29 sədrliyi altında qlobal iqlim fəaliyyətində əldə olunmuş nailiyyətlərdən danışıb, Koreya Respublikasının sözügedən tədbirdə böyük nümayəndə heyəti ilə iştirak etdiyini diqqətə çatdırıb. Azərbaycan-Koreya əlaqələrinə toxunan səfir qlobal iqlim fəaliyyətinin də bu iki ölkə arasında faydalı əməkdaşlıq üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb.

Koreya Respublikasının xarici işlər nazirinin müavini Kvon Ki-hvan Koreya hökuməti və xalqı adından Azərbaycanı təbrik edib. O bildirib ki, Azərbaycan Koreyada “Odlar diyarı” kimi tanınır və bu, ölkəmizin zəngin mədəni irsi, eləcə də Azərbaycan xalqının hərarəti ilə bağlıdır.

Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını bildirən koreyalı diplomat ölkəmizin üzləşdiyi çətinlikləri arxada qoyaraq, davamlı səy və qətiyyətin sayəsində iqtisadi inkişafa və sosial tərəqqiyə nail olduğunu vurğulayıb.

Nazir müavini 1992-ci ildə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasından bəri iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etməsindən danışıb. Son illərdə baş tutan yüksəksəviyyəli siyasi səfərlərin hər iki ölkənin əməkdaşlıq iradəsinin təcəssümü olduğunu bildirib. Vurğulayıb ki, Altay dil ailəsinə mənsub olan Azərbaycan və Koreya xalqlarını mədəni yaxınlıq və oxşar dəyərlər birləşdirir.

Rəsmi qəbul ziyafətlə davam edib.

Tədbir iştirakçıları azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

Əbu-Dabi görüşü Prezident İlham Əliyevin diplomatiya sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbəsidir – ŞƏRH

Formula 1: Bakı trası yenidən dünya səhnəsində

14 İyul - xalqın özünə qayıdış tarixidir ŞƏRH

Baş Prokurorluğun sorğusu Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunub

ADY: Bakı və Gəncə vağzalları istisna, rayonlararası istiqamətlər üzrə kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılır

Azərbaycan millisinin baş məqçisi: Legioner futbolçu yerli oyunçu səviyyəsindədirsə, buraya gəlməsə yaxşıdır

Sabah havanın temperaturu Bakıda 34-38, bölgələrdə 36-40 dərəcə isti olacaq

Gəncə Dövlət Universitetinin tələbəsi Avropa çempionu olub

“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Sabiq müşavir: Tarix sübut edir ki, Aİ-yə neft və qazı boru kəmərləri ilə ən etibarlı tədarük edən ölkə Azərbaycandır - MÜSAHİBƏ

Dünya Kamandan Oxatma Federasiyası ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İspaniyada zəlzələ baş verib

Xaçmazda “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ictimai dinləmə keçirilib

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib

2024-cü ildə ali məktəblərə qəbul baxımından ən aşağı nəticələr İsmayıllı və Naftalan üzrə qeyd alınıb RƏSMİ

Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları bəlli olub

“Neftçi”nin yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib

Ən yüksək və ən aşağı keçid balı olan ixtisaslar açıqlanıb

OPEC yeni dövlətlərin təşkilata üzvlüyünə açıqdır

Yeni Zelandiya 2034-cü ilədək beynəlxalq təhsil bazarını ikiqat artırmaq niyyətindədir

Avropa birinciliyi: Azərbaycanın 4 boksçusu finala, 6-sı yarımfinala yüksəlib

Media nümayəndələri arasında şahmat turniri keçirilib

Xətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb

"Bulvarda kino axşamı" adlı yeni layihəyə start verilir

Nizami Tibb Mərkəzi HIMSS-nin beynəlxalq akkreditasiya sertifikatını əldə edib

Azərbaycan bölməsi üzrə abituriyentlərin imtahanda düzgün cavablarının orta statistik göstəriciləri açıqlanıb

I–IV ixtisas qrupları üzrə dövlət sifarişi ilə ali məktəblərə qəbul olanların 53.31 faizi 300–500 bal aralığında nəticə göstərib

Bakıda yerli animasiya layihələri üçün yeni imkan

Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı plan hazırlayıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan basketbol millisi Serbiyada təlim-məşq toplanışı keçəcək

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərlə əlaqədar Torpaq Məcəlləsinə dəyişiklik olunur

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib

Azərbaycan gimnastları Portuqaliyadakı turniri 10 medalla başa vurublar

Abituriyentlərin topladığı balların statistik təhlili açıqlanıb

Gəncə Dövlət Universiteti dünya universitetlərinin innovasiya reytinqində ilk 100 universitet arasında yer alıb

Şəxsiyyət vəsiqənin dəyişdirilməsi hallarına yaşayış yerinin dəyişməsi əlavə edilir

Türkiyənin 20 vilayətində terrorçuluqda şübhəli bilinən 33 nəfər saxlanılıb

Məleykə Abbaszadə: ADA Universitetində dövlət sifarişli plan yerlərinin açılması nəzərdə tutulur

DİM rəhbəri: Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər

Salatın Xocalıyeva: Ümdə arzum Qarabağın incisi Şuşa şəhərini görməkdir - MÜSAHİBƏ

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiya paketinin neftlə bağlı detalları açıqlanıb

Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir

Məleykə Abbaszadə: Subbakalarvların qəbul olunduğu ali məktəblər şikayət edirlər

“Müdafiə haqqında” Qanuna təklif edilən dəyişiklik təsdiqlənib

Vəkillər üçün təlim keçirilib

Mövsümi musson yağışları Pakistanda 104 nəfərin həyatına son qoyub

Millinin basketbolçusu: Qazandığımız nəticə Azərbaycan basketbolu tarixinə qızıl hərflərlə yazıldı

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

AÇG və “Şahdəniz” qazının 180 milyard kubmetrdən çox hissəsi ixrac edilib

“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib

Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Hindistanda yük maşınının aşması nəticəsində doqquz nəfər həlak olub

Uşaq evinin sakinlərinə dibçəklərə gül əkmək və onlara qulluq qaydaları öyrədilib

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

DİM rəhbəri: Hansı testin neçə faiz cavablandırılmalı olduğunu əvvəlcədən bilirik

Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

“Turan Tovuz”un yoxlama oyunlarındakı daha bir rəqibi məlum olub

Birinci yarımildə Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb

“Bitcoin”in qiyməti artmağa davam edir

DİM ötən gün keçirilmiş imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib

Azərbaycanı Universiadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

ANAMA: Ötən həftə 81 mina və 240 partlamamış hərbi sursat zərərsizləşdirilib

Rusiya Dövlət Duması miqrantlar üçün əlavə rüsumların tətbiqi haqqında qanun layihəsini müzakirə edəcək

Sahibə Qafarova: Müasir Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür

Azərbaycanlı-alim: Türkiyəyə məxsus “Van kolleksiyası”nın Rusiyadan qaytarılması tarixi ədaləti bərpa edəcək

Əlilliyi olan 20 minə yaxın uşağa reabilitasiya xidmətləri göstərilib

Naxçıvanda içməli və suvarma su təminatını yaxşılaşdıracaq 16 layihə icra olunacaq

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb

Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir

Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanında iştirak üçün qeydiyyat elan olunub

BDU-da elmi seminar: “V Sənaye İnqilabı: mövcud vəziyyət və perspektivlər”

Azərbaycanlı alim Almaniyada TraCEr laboratoriyasında tədqiqatlarda iştirak edib

Donald Tramp: ABŞ Ukraynaya “Patriot” raketləri göndərəcək

Bu ilin ilk 6 ayında kinoteatrlarda 15-dən çox yerli film nümayiş olunub

Həftəsonu polis əməkdaşları 100 kiloqrama yaxın narkotik vasitə aşkarlayıblar

Klublararası dünya çempionatının ən yaxşıları bəlli olub

Gəncə şəhərində keçiriləcək TKT imtahanına qeydiyyat davam edir

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olunub

BMT artan tariflər fonunda əmək standartlarını qorumağa çağırır

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Yerli futbolçu “Neftçi” ilə vidalaşıb

Özbəkistan Futbol Assosiasiyası Yoahim Löv ilə danışıqlara başlayıb

Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib VİDEO

Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib VİDEO

Bu ilin birinci yarısında haker qurbanı olan dövlət qurumu əməkdaşlarının sayı açıqlanıb

“Araz-Naxçıvan” daha bir Superliqa təmsilçisi ilə qarşılaşacaq

® Bakıda “Counter-Strike 2” üzrə milli turnir — “BUTA League” keçirilir

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

Xətai rayonunda yeni nəqliyyat svetoforları quraşdırılıb

Azərbaycan boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

®  “Baku Steel Company” “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb VİDEO

® “Baku Steel Company” “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb VİDEO

® “SİMA” ilə taksi səfərləri daha etibarlı!

Azərbaycan Komandası Asiya və Sakit Okean Regionunun “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

Yaponiya xarici turistlərin sürücülük vəsiqələrini dəyişdirməsinə qadağa qoyub

Yaponiya sahillərinə güclü tropik fırtına yaxınlaşır

DTX kibercinayətkarların əməllərini ifşa edib