Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

Bakı, 15 iyul, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycan istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz respublika və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasında “Vokal sənəti” ixtisası üzrə təhsil alan Altun Süleymanovdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan musiqi məktəbinin aparıcı simaları da artıq Altunun yaradıcılığına maraq göstəriblər. Bir çox məşhur bəstəkarlar əsərlərini ifa etmək üçün ona təqdim ediblər. Onların arasında adları Azərbaycan mədəniyyətinin inkişafı ilə qırılmaz şəkildə bağlı olan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev və bəstəkar pianoçu Pikə Axundova da var.

AZƏRTAC vokalçı ilə müsahibəni təqdim edir.

— Altun, Siz deyirsiniz ki, musiqi ruhunuzun səsidir. Səhnəyə ilk çıxdığınız zaman hansı hissləri keçirdiyinizdən bəhs edin. Bu daxili səs Sizə nə pıçıldadı?

— Ondan başlayaq ki, mən klassik vokal sahəsində yaradıcılıq fəaliyyətimə 2013-cü ildə başladım. Əslən Gəncə şəhərindənəm və elə orada, Gəncə Dövlət Filarmoniyasının səhnəsində ilk çıxışım oldu.

Lap əvvəldən peşəkar vokal təlimini könüllülük fəaliyyətində fəal iştirakla birləşdirirdim. Həmin illər Gəncə şəhər İcra Hakimiyyətinin könüllülük proqramlarında iştirak etmişəm. Bu müddətdə istedadım nəzərə çarpdı və seçilən gənc könüllülərdən biri kimi diplomla təltif olundum.

Daha sonra Beynəlxalq Könüllülər Günü münasibətilə Gəncə Filarmoniyasında şəhər rəhbərlərinin, xalq artistlərinin, tanınmış mədəniyyət xadimlərinin, dövlət rəsmilərinin iştirak etdiyi konsert olub. Bu mötəbər tədbirdə vokal əsəri ifa etdim və ifam hərarətlə qarşılandı. Musiqidə peşəkar yolum məhz o andan başlayıb.

2019-cu ildə Gəncə Musiqi Kolleci, indiki Gəncə Dövlət Universitetinin nəzdindəki regional kollecinə daxil oldum. Orada vokal müəllimi Vasif Bayramovun sinfində oxumuşam.

Təhsil aldığım müddətdə klassik və müasir opera əsərlərini ifa edirdim və qədim ariyalar mənə xüsusilə yaxın oldu.

Təbii ki, repertuarımda Azərbaycan bəstəkarlarının əsərləri də, xüsusən Üzeyir Hacıbəylinin operalarından milli ariyalar mühüm yer tutur.

Səhnədəki ilk çıxışım mənə təkcə sevinc deyil, həm də qürur hissi bəxş etdi. Bir çox gənc artistlərdə belə məqamlarda həyəcan, bəzən hətta qorxu olur. Amma məndə qorxu yox idi. Bəli, məsuliyyət hiss edirdim, yüngül həyəcan, lakin narahat deyildim. Həmişə özümdə pozitiv əhvali-ruhiyyə yaradırdım və bu, mənə hər hansı bir narahatlığı aradan qaldırmağa kömək edirdi.

Onu da qeyd edim ki, inkişafımda nənəmin xüsusi rolu olub. O, jurnalist idi və mənim cəmiyyətdə fəal, tanınmış bir gənc olmağımı xəyal edirdi. Məni özü ilə müxtəlif tədbirlərə apararaq, məni ilk dəfə ictimai məkana çıxaran məhz o oldu. Onun dəstəyi və ictimai sahədə ilk addımlar sayəsində yavaş-yavaş peşəkar səhnəyə çıxdım və sosial dairəmi genişləndirməyə başladım.

— Musiqi kollecində keçirdiyiniz illəri özünüzü həqiqətən səhnədə tapdığınız vaxt adlandıra bilərdinizmi? Səhnənin Sizin məkanınız olduğunu ilk dəfə nə vaxt hiss etdiniz?

— Musiqi sənəti, mübaliğəsiz, ən çətin sahələrdən biridir. Bu, tam fədakarlıq, nizam-intizam və mənəvi yetkinlik tələb edir. Gəncə Musiqi Kollecində oxuduğum vaxt təhsil ilə eyni zamanda tələbə gənclər təşkilatının sədri vəzifələrini icra edirdim. Bizim kimi fəal və təşəbbüskar uşaqlar az deyildi - biz tədbirlər təşkil edirdik, konsertlərdə iştirak edirdik, birlikdə inkişaf edirdik və böyüdük. Bizə kollecin keçmiş direktoru Ruziyə Rəhimova böyük dəstək göstərirdi – onun əziz xatirəsi həmişə ürəklərimizdə yaşayacaq. Onun diqqəti və etimadı sayəsində mən təkcə vokalçı kimi deyil, həm də gəncliyin fəal nümayəndəsi kimi formalaşa bildim.

Həmişə ictimai fəal olmuşam, demək olar ki, bütün konsertlərdə iştirak etmişəm və beləliklə, səhnə ilə bir növ doğmalaşmışam. Ancaq həqiqətən “özümü tapdığım” andan danışsaq, bu, bəlkə də daha əvvəl - uşaqlıqda baş verib. Bir dəfə dostlarımızın ailəvi axşamlarının birində mahnı ifa etdim. Həmin vaxt qonaqlar arasında Azərbaycanın Əməkdar artisti Kəmalə Tağızadə də var idi - o, həm də 4 nömrəli musiqi məktəbinin vokal müəllimidir. İfamı eşidərək yanıma gəldi və məni dinləmək üçün məktəbə dəvət etdi.

Dinləmə məktəbin direktoru İntizar Qafarovanın iştirakı ilə keçirilirdi. Nəticədə məni dərhal birinci sinfə qəbul etdilər. Peşəkar musiqiyə yolum belə başladı. Bu məktəbi bitirib musiqi kollecinə daxil oldum, burada təhsil mənim üçün əsl təşəkkül məktəbi oldu.

Bundan əlavə, dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi böyük mədəniyyət layihələrində iştirak etmişəm. Onların arasında Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən opera festivalları da var ki, orada çıxış etmək şərəfinə nail olmuşam.

Paytaxtda müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq müsabiqələrdə də iştirak etmişəm. Bütün bu səhnələr - musiqi vasitəsilə özümü tapmaqda bələdçi nöqtələr mənim yolumun bir hissəsi oldu.

— Bakıya köçməyiniz Sizin üçün hansı yeni üfüqlər açdı?

— Bakı mənim üçün sadəcə yeni mərhələ deyildi - o, karyeramda dönüş nöqtəsi oldu, inkişafıma güclü təkan verdi. Bura gələndən bəri Azərbaycanın bir çox xalq artistləri ilə eyni səhnəni bölüşmüşəm.

Mən Fidan xanım Hacıyeva ilə də səhnədə çıxış etmişəm - müxtəlif konsertlərdə dəfələrlə birlikdə çıxış etmişik. Ölkənin ən tanınmış ifaçıları ilə tədbirlərdə iştirak etmək, böyük səhnələrdə, geniş salonlarda ifa etmək şansım olub. Bütün bunlar mənim üçün bir məktəbdir.

Eyni zamanda, mən Bakıda heç nəyə arxalanmadan, heç kimdən kömək gözləmədən həmişə sırf əməyim və sənətim sayəsində inkişaf etmişəm. Bütün bu illər ərzində ustadlarım - Taleh Yəhyayev, Kəmalə Tağızadə və Vasif Bayramovdan aldığım təcrübə və nəsihətlərdən faydalanaraq özümü təkmilləşdirirdim. Bu gün isə sənətimi keyfiyyətcə tamamilə yeni səviyyədə tamaşaçılara təqdim etməyə çalışıram.

— Taleh Yəhyayevin yaradıcılıq fəlsəfəsi Sizə nəyi öyrətdi? Onun tələbəsi olmaq Sizin daxili varlığınıza necə təsir etdi?

— Taleh Yəhyayevin tələbəsi olmaq, mübaliğəsiz, mənim üçün çox böyük qürurdur. O, görkəmli opera müğənnisi, akademik vokalist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatı laureatıdır. Onun sinfində oxumağa başladığım gündən inkişafımda əsl irəliləyiş hiss etdim.

Taleh Yəhyayevin dərs metodikası, ifaçılıq tərzi, vokal sənətinə yanaşması mənim üçün möhkəm bünövrəyə çevrildi. Onun mentorluğu sayəsində səs diapazonum nəzərəçarpacaq dərəcədə genişləndi, səs imkanlarımı daha yaxşı üzə çıxardım, ifaçılıq nüanslarını mənimsəməkdə daha inamlı oldum. Onun rəhbərliyi ilə mən təkcə Azərbaycan vokal klassikasını - xalq mahnılarını, romanslarını, bəstəkar əsərlərini deyil, həm də dünyada məşhur olan operalardan ariyaları və qədim vokal formalarını öyrənirəm.

Bu gün tam hüquqla deyə bilərəm ki, Taleh müəllimin sinfində oxuduğum üçün xoşbəxtəm – axı bu, sadəcə təlim deyil, peşəkar və şəxsi inkişafa aparan ciddi yoldur.

— Sizcə, Azərbaycan musiqisini beynəlxalq səhnədə layiqincə təmsil etmək üçün sənətçi hansı keyfiyyətlərə malik olmalıdır?

— Əslində, biz istər beynəlxalq müsabiqələrdə, festivallarda, istərsə də yerli səhnələrdə Azərbaycan musiqisini həmişə təbliğ etməyə çalışırıq. Bu, artıq bizim missiyamıza çevrilib. Amma gənclərin dünya arenasına çıxa bilməsi və orada milli musiqimizi layiqincə təmsil etməsi üçün dəstək lazımdır.

Ölkədən kənarda səfirliklərimiz, konsulluqlarımız var, mədəniyyət mərkəzləri fəaliyyət göstərir, burada Azərbaycan mədəniyyəti təbliğ olunur. Mədəniyyət Nazirliyi müxtəlif ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil edir. Şübhəsiz ki, dövlət bizi hər zaman dəstəkləyir və biz çalışırıq ki, istedadımızı beynəlxalq arenada ən yaxşı şəkildə təqdim edək. Ancaq bəzən bu dəstək yenə də kifayət etmir - daha güclü və məqsədyönlü səylər lazımdır.

Mənə gəldikdə isə, düşünürəm ki, mənim əsas fərqim həm Avropa akademik vokalına – opera ariyalarına, həm də milli Azərbaycan ifa tərzinə eyni dərəcədə inamla və peşəkarcasına yiyələnməyimdir. Həm dünya repertuarının klassik əsərlərini, həm də xalq mahnılarımızı özünəməxsus orijinal melodika və vokal texnikası ilə ifa edə bilirəm.

Elə vokalçılar var ki, Azərbaycan əsərlərini, məsələn, Fikrət Əmirovun musiqisini sırf akademik vokal hazırlığı ilə ifa edirlər. Amma Azərbaycan mahnısı başqa yanaşma tələb edir - xarakterik milli intonasiyanı tutmaq və çatdırmaq, vokal bəzəklər əlavə etmək, ifaya xüsusi ifadəlilik, incə səs şirinliyi verən o şərq modulyasiyalarını etmək vacibdir. Musiqinin milli ruhunu duymaq və onu Avropa vokal məktəbi ilə birləşdirmək bacarığını mən özümü fərqləndirən keyfiyyət hesab edirəm.

— Səhnədə və ya məşq prosesində Sizin üçün ən emosional, bəlkə də dönüş nöqtəsi olan an hansı olub?

— Düzünü desəm, hər dəfə səhnəyə çıxanda ürəyimdə yaşayan konkret bir insan haqqında düşünürəm. Mən həmişə məhz onu təsəvvür edərək oxuyuram və bu, məni xüsusi hisslə doldurur, səhnədəki hər çıxışı dərin və şəxsi təəssürata çevirir. Məhz bu daxili əlaqə məndə ən güclü duyğuları doğurur.

Amma ən yaddaqalan, bəlkə də dönüş nöqtəsindən danışsaq - bu, mənim Azərbaycanda keçirilən beynəlxalq vokalçılar festivalında iştirakla bağlı ilk təcrübəm idi. O vaxt mən hələ kollec tələbəsi idim və orkestrlə Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış edirdim. Bu, mənim belə böyük bir kollektiv ilə debütüm idi və etiraf edirəm ki, heç də hər şey mükəmməl alınmadı: bəzən musiqi ritminə tam düşmürdüm, heç də həmişə partituraya düzgün daxil olmurdum. Bu mənim üçün çətin və eyni zamanda vacib bir dərs oldu.

Mən kədərlənib geri çəkilə bilərdim, amma bunun əvəzində bütün gecəni bu əsər üzərində işə həsr etdim. Performansı mükəmməl dərəcəyə çatdırmadan sözün əsl mənasında göz qırpmadım. Ertəsi gün isə mən onu başqa cür – tam əminliklə və anlayışla oxudum. İşimi yenidən dirijora təqdim edəndə o, dərhal fərqi hiss etdi.

Əlbəttə ki, sənətdə elə anlar olur ki, insan daxili sarsıntı yaşayır, sənə elə gəlir ki, artıq öhdəsindən gəlməyəcəksən. Amma iradən, güclü xarakterin və mübariz ruhun varsa, bu atəş sönmür. Məhz bu daxili əzmkarlıq da heç nəyə baxmayaraq davam etməyə imkan verir.

- Siz xatırladınız ki, incəsənət insanı adı ilə deyil, səsi ilə gələcəyə aparır. Bu mənada hansı səs olmaq istərdiniz?

- Mən Azərbaycanın səsi olmaq - bütün dünyada səslənəcək və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək səslərdən biri olmaq istəyirəm.

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr