Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin Ağdama, Laçına, Qubadlıya, Füzuliyə hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkənlərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Məhbubə Bəbirxanova bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb.

Elmira Həsənova qeyd edib ki, 1993-cü ildə Ağdam rayonundan ailə üzvləri ilə birgə məcburi köçkün düşüb. O, qardaşının 1992-ci il avqustun 28-də Ağdərədə şəhid olduğunu deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Zənurə Abışova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin iyul ayında Ağdamdan məcburi köçkün düşdüyünü vurğulayıb.

Zərərçəkmiş şəxs Səadət Həşimova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında işğal zamanı düşmənin mülki əhaliyə atəş açıldığını diqqətə çatdırıb.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş Arzu Bədəlova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.

Ağdamın Qiyaslı kəndindən olan zərərçəkmiş şəxs Bəsirə Soltanova ifadəsində Ermənistan silahlı qüvvələrinin 1993-cü ilin iyulunda kəndə hücum etdiklərini və ailəsi ilə birgə məcburi köçkün düşdüklərini bildirib: “Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu. Bizə çox zülm etdilər”.

1988-ci ildə Ağdamın Kəngərli kəndinə gəlin köçdüyünü söyləyən zərərçəkmiş şəxs Ceyran Muxtarova ifadəsində bildirib ki, həyat yoldaşının işi ilə əlaqədar Bakıda yaşasalar da, tez-tez kənddə qohumlarına baş çəkiblər. “1992-ci ildən sonra Ağdam rayonuna hücumlar intensivləşmişdi. İşğal zamanı qohumlarımdan şəhid və yaralılar oldu”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Muxtar Həşimov ifadəsində 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü bildirib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq”.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında o, “Qəbiristanlıqda qəbirlərimizin başdaşları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb” deyib.

Laçın rayonundan olan zərərçəkmiş şəxs Fikrət Firidov ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ilin mayında rayonu məcburi tərk etməli olublar. O, həmyerlisi Əhliman Həziyevin düşmən tərəfindən öldürüldüyünü, sonradan onun meyitini ayağı kəsilmiş, gözü çıxarılmış, sinəsinə xaç çəkilmiş halda aldıqlarını söyləyib.

Zərərçəkmiş şəxs Adil Ələskərov ifadəsində xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin avqust ayında Füzuli şəhərindən məcburi köçkün düşüb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında əmisi oğlu Kərəm Ələskərovun Ağdərədə itkin düşdüyünü deyib. Diqqətə çatdırıb ki, Füzuli şəhəri işğaldan azad olunduqdan sonra oranı ziyarət edərkən, evlərinin viran qoyulduğunu, qəbiristanlığın dağıdıldığını görüb.

Qubadlı rayonundan olan zərərçəkmiş şəxs Mehman Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü il avqust ayının sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları daha da intensivləşmişdi. Bu səbəbdən rayonu tərk etmək məcburiyyətində qalıb.

Zərərçəkmiş şəxs Vahid Musayev ifadəsində söyləyib ki, o, Laçın rayonunun Cicimli kəndindəndir. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində kəndlərində həyatını itirən və yaralananlar olub. 1992-ci il mayın 18-də rayondan məcburi köçkün düşüb. V.Musayev bildirib ki, əmisi oğlu Mehdi Məmmədov qoyun otararkən erməni hərbçilər tərəfindən başından vurularaq qətlə yetirilib. “Torpaqlarımız işğaldan azad olunandan sonra gedib evimizi, qəbiristanlığımızı ziyarət etdim. Hamısı dağıdılmış, viran qoyulmuşdu”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Allahverdi Allahverdiyev ifadəsində 1993-cü ildə Zəngilanın Şəfibəyli kəndindən məcburi köçkün düşdüyünü söyləyib.

Ağdamın Qiyaslı nümayəndəliyinin Ətyeməzli kəndindən olan zərərçəkmiş şəxs Sərxan Abbasov ifadəsində deyib ki, o, 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı şəhərdən 28 meyit çıxarıb. “Həmin faciədən sonra Ağdam rayonu daha intensiv atəşə tutulmağa başladı və 1993-cü ildə rayondan çıxmağa məcbur olduq”, - deyə o diqqətə çatdırıb.

Laçın rayonunun Cicimli kəndindən olduğunu diqqətə çatdıran zərərçəkmiş şəxs Sədrəddin Məmmədov qeyd edib: “Bizim kənd Gorusun kəndləri ilə həmsərhəd idi. 1988-ci ildən başlayaraq rayonumuz Gorusun kəndlərindən atəşə tutulurdu. Sonrakı illərdə atəş intensivləşmişdi. Kəndimiz dərədə yerləşirdi. Açılan atəşlər nəticəsində kəndimizdə körpə uşaq və bir müəllim yaralanmış, şəhidlərimiz də olmuşdu. 1992-ci ilin mayında rayondan məcburi köçkün düşmüşük”. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman zərərçəkmiş şəxs Cicimli işğaldan azad olunandan sonra oraya qayıtdıqda görüb ki, evləri dağıdılıb, əmlaklarına zərər vurulub. Həmçinin bildirib ki, kəndlərində olan tarixi-dini məkanlar da vandalizm aktına məruz qalıb. Belə ki, Məlik Əjdər türbəsinin üst hissəsi, kənd məscidi və qəbiristanlıq, başdaşları dağıdılıb.

Qubadlının Dəmirçilər kəndindən olan zərərçəkmiş şəxs Ramiz Təhməzov ifadəsində qeyd edib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin aramsız hücumları nəticəsində rayondan məcburi köçkün düşüb. “Kənddən çıxanda bizim maşınları atəşə tutdular. Xoşbəxtlikdən xəsarət almadan xilas olduq. 5-6 otaqlı evimiz, mal-qaramız, maşınımız rayonda qaldı”.

Zərərçəkmiş şəxs Rəhim Cabbarov vurğulayıb ki, o, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlının Aşağı Mollu kəndindən məcburi köçkün düşüb, qardaşı şəhid olub, özü isə bir gün girovluqda qalıb. “İşğaldan azad olunandan sonra kəndimizə, qəbiristanlığa getmişdim. Gördüm ki, qəbiristanlıqda qəbirləri mərmi ilə partladıblar”, - deyə o əlavə edib.

Zərərçəkmişlər Fizuli Paşayev və Firad Həsənov ifadələrində 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.

Zərərçəkmiş şəxs Eldar Rüstəmov 1992-ci il mayın 7-8-də Şuşaya irimiqyaslı hücum olduğunu, düşmən tərəfindən atəşə tutulduqlarını söyləyib. Bildirib ki, o, başından və belindən yaralanıb.

1993-cü ilin avqustunda Qubadlıdan məcburi köçkün düşdüyünü söyləyən zərərçəkmiş şəxs Elçin İsgəndərov qohumları Eldəniz, İlham, Şirin, Vidadi, Savalan və digərlərinin şəhid olduqlarını deyib.

Zərərçəkmiş şəxs Bəxtiyar Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzuli rayonunda Kürdmahmudludan Alxanlıya gedən istiqamətdə yaralanıb.

1993-cü ilin iyulunda Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşən zərərçəkmiş şəxs Fizuli Nəcəfi ailəsinin dörd şəhid verdiyini söyləyib.

Zərərçəkmiş şəxslər Ülfət Rəcəbov, Pərviz Həsənov, Rasim Hüseynov, Mehman Rzayev, Əlixamin Əsədov ifadələrində 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi köçkün düşdüklərini vurğulayıblar.

Qətibə Həziyeva, Xaliq Məmmədov və Elxan İmanov Füzuli rayonundan, Pərvanə Xəlilova və Nadir Səfərov isə Ağdam rayonundan məcburi köçkün düşdüklərini deyiblər. Bildiriblər ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra yurd yerlərini ziyarət edərkən evlərinin tamamilə dağıdıldığını, yaşayış yerlərinin viran qoyulduğunu görüblər.

Xəyal Məmmədhəsənov, Həbibə Abbasova, Surxay Hüseynov, Əli Nəcəfov və Hafiz Ağakişiyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

Zərərçəkmiş şəxs Səxavət Namazov ifadəsində qeyd edib ki, 1993-cü ildə Füzulinin Gorazıllı kəndindən məcburi köçkün düşüb. “Torpaqlarımız işğaldan azad olunandan sonra ora qayıdanda yaxınlarımızın qəbirlərinin dağıdıldığını gördük. Kəndimizdə evlərin daşı-daş üstə qalmayıb”, - deyə o əlavə edib.

Füzuli rayonunun Cuvarlı kəndindən olan zərərçəkmiş şəxs Əjdər Quliyev ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində oğlu və əmisi oğlu da olmaqla, kəndin 12 sakininin həyatını itirdiyini bildirərək deyib: “Onların ikisi qadın idi. Ermənilər evlərimizi yandırıb, qəbirlərimizi dağıdıblar. 1992-ci ildə Muğam Əliyevi, Novruz Quliyevi girov götürmüşdülər. Ötən illərdə onların meyitlərinin Edilli kəndində basdırıldığı bildirildi və qalıqlarının aşkar olunduğu açıqlandı. Onların nəşlərini oradan çıxararaq dəfn etdik”.

Zərərçəkmiş şəxs Novruz Novruzov ifadəsində söyləyib ki, 1992-ci ildə Ağdamda qəbiristanlıqda yaxınlarının qəbirlərini ziyarət edəndə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən odlu silahlardan atəş açılıb. O, Xocalı hadisələri zamanı Ağdam məscidinin qarşısına çox sayda meyitin gətirildiyini gördüyünü də vurğulayıb.

Zərərçəkmiş şəxs Səkinə Xəlilova ifadəsində Xocalı soyqırımının şahidi olduğunu vurğulayaraq qeyd edib: “Bizi şəhərin kənarında girov götürərək tövlə kimi yerdə saxladılar, vəhşicəsinə döydülər. On beş yaşlı qızıma başından xəsarət yetirdilər, indiyədək müalicə olunur. Həmin yerdə qadınlarımıza ağlagəlməz işgəncələr verirdilər. Səlim adında bir nəfərin belini, qolunu qırmışdılar”.

O deyib ki, böyük oğlu Cəbrayılda Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində 2-ci qrup əlildir, digər oğlu Xocalı faciəsində 22 yaşında qətlə yetirilib.

Zərərçəkmiş şəxs Anar Səfərov ifadəsində bildirib ki, 1989-cu ildə ermənilər Əsgəran istiqamətində mitinqlər təşkil edirdilər. İki sinif yoldaşı erməni polislər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib. “Sonra 1993-cü ildə Ağdamın Papravənd kəndi işğal olundu. Şəhidlərin nəşləri dəfn edilmişdi. Onların yaxınları Şahbulaq yaxınlığında yas mərasimi keçirərkən düşmən həmin mərasimi raketlə atəşə tutmuşdu. Yas mərasimi keçirilən Talehin atası və əmisi orada həlak oldular”, - deyə o əlavə edib.

Zərərçəkmişlər məhkəmə iclasında, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ermənistan silahlı qüvvələrinin Ağdama, Laçına, Qubadlıya, Füzuliyə hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib