Kitabxanada “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarx hazırlanıb VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində görkəmli cərrah-alim, ictimai və dövlət xadimi, akademik Mustafa Topçubaşovun 130 illiyi münasibətilə videoçarx hazırlanıb.
MKS-dən AZƏRTAC-a bildirilib ki, videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin sitatları ilə başlayır.
Dahi bəstəkar Üzeyir Hacibəyli və akademik Heydər Hüseynovun M.Topçubaşov haqqında fikirləri də videoçarxda qeyd olunub.
Materialda Mustafa Topçubaşovun ictimai-siyasi fəaliyyəti, Azərbaycanın səhiyyə sahəsində gördüyü böyük işlər və həkimlik fəaliyyəti işıqlandırılıb.
Videoçarx ilə linkə keçid edərək tanış olmaq mümkündür.