Nyu-Yorkdan Kopenhagenə: Azərbaycanın dünya siyasətində rolu artır VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Müstəqil, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın təkcə regionda deyil, beynəlxalq arenada da nüfuzu artır. Ölkəmiz regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini gücləndirir, beynəlxalq aləmdə baş verən proseslərə, qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılmasına öz töhfələrini verir. Ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından Azərbaycanın yaratdığı reallıqları, ölkəmizin müharibədə və sülhdə Zəfərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev bu gün Kopenhagendə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edir.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.