Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO
Qəbələ, 7 fevral, Mustafa Dadaşov, foto İlkin Cavanşirov, AZƏRTAC
“Qış nağılı” festivalına ilk dəfədir qatılıram. Mənim üçün çox sevindirici bir haldır ki, möcüzəli olan qış aylarında Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalında iştirak edirəm.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri vokal ifaçısı, gənclər üçün Prezident mükafatçısı Mahir Tağızadə Qəbələdə jurnalistlərə müsahibəsində söyləyib.
Festival iştirakçısı daha sonra deyib: “Bir gənc kimi, əlbəttə ki, burada olmağıma çox şadam. Burada musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır. Açılış mərasimində bir-birindən gözəl musiqilər səsləndi, izləyicilərə ispan, italyan, alman və Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etdik”.