Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnklüziv Karyera Forumu keçirilib VİDEO

Bakı, 19 fevral, Göyçək Mahmudlu, Şövqi Əzizov, Azər İbrahimov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək və karyera inkişafını dəstəkləmək məqsədilə icra edilən “İnklüziv İnkişaf Platforması” layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra “İnklüziv İnkişaf Platforması” layihəsinin hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari həssas qrupların yaradıcı potensialı və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi üçün də görülən dəstək tədbirlərini diqqətə çatdırıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması, onların əmək bazarına çıxışlarının dəstəklənməsi üçün agentlik tərəfindən görülən işlər barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının icrasında əlilliyi olan şəxslərə üstünlük verildiyini, bu Forumun da əlilliyi olan şəxslər üçün karyera imkanlarının genişləndirilməsinin təşviqi baxımından önəmini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov isə çıxışında inklüziv məşğulluğun təşviqində ictimai nəzarətin və vətəndaş cəmiyyəti institutlarının rolunun əhəmiyyətini vurğulayıb. O, əlilliyi olan şəxslərin əmək bazarında bərabər iştirakının təmin edilməsinin yalnız dövlət siyasəti ilə deyil, həm də cəmiyyətin ümumi yanaşması və işəgötürənlərin sosial məsuliyyəti ilə mümkün olduğunu bildirib.

Forum çərçivəsində “Peşəkar bərabərlik prinsipləri əsasında inklüziv məşğulluğun genişləndirilməsi” mövzusunda keçirilmiş panel müzakirəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular müzakirə edilib. Mərkəzin benefisiarları tərəfindən konsert proqramı da təqdim olunub. Təşkil edilən interaktiv sessiyada əlilliyi olan şəxslər öz uğur hekayələrini bölüşüblər.

Tədbir zamanı, həmçinin layihə iştirakçıları mükafatlandırılıb və sertifikatlar təqdim edilib.

Layihənin əlilliyi olan şəxslərin bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsində müstəsna rolu olub

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı, “İnklüziv İnkişaf Platforması” layihəsinin rəhbəri Zeynəb Sabirli 2025-ci il dekabrın 13-dən etibarən layihədə iştirak edən əlilliyi olan şəxslər üçün silsilə təlimlər təşkil olunduğunu qeyd edib: “Həmin şəxslərlə 9 təlim olmaqla şəbəkələşmə görüşlərinin daxil olduğu bir prosesi başlatdıq. Təlimlər çərçivəsində iştirakçılara müasir iş dünyasının tələblərinə uyğun praktiki bilik və bacarıqlar təqdim edilib, iki dəfə şəbəkələşmə görüşü təşkil olunub. Layihəyə 30 nəfər əlilliyi olan şəxs cəlb edilib. Nəticə etibarilə bu gün layihənin yekun mərhələsi olan İnklüziv Karyera Forumu keçirildi”.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Mətin Hacıyev ötən il dekabrın 14-də layihəyə qatılıdığını diqqətə çatdırıb: “İnsanların mənimlə qurduğu empatiya, göstərdikləri dəstək sayəsində onları çox sevməyə başladım. Çox sevindim ki, bizim üçün bu cür şərait yaradılıb. Əlilliyi olan şəxsləri digər insanlardan ayırmaq, fərqləndirmək olmaz. Çünki fikrimcə, insanlar bir dünyada yaşayırlarsa, eyni hüquqlardan yararlanmalı və eyni cür davranış sərgilənməlidir. Bunun sayəsində qarşıdakı insanlarla empatiya qura, onların nə hiss etdiklərini duya bilər və nəticədə onlara sevgi göstərər. Aldığım məlumatları gələcək hədəflərim üçün daha dərindən mənimsəməyə çalışdım. İnsanlar həyatda biliklə hər şeyə nail ola bilirlər. Hər nailiyyət qazandıqda çox sevinir və insanları daha çox sevirəm”.

Benefisiar Anar İbrahimov layihə çərçivəsində keçirilən təlimlərdən razılığını ifadə edib. O deyib: “Təlimlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, təlimçilər nəzəri biliklərdən çox praktik xüsusiyyətlərə üstünlük verirdilər. Mövzular əsasən şəbəkələşmə, aktiv iş imkanlarında öyrənilən biliklərin necə istifadə olunması, effektiv ünsiyyət modellərindən ibarət idi. Bu cür təlimlərin keçirilməsinə görə təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. İştirakçılar olduqca maraqlı insanlar idi, onları tanıdığım üçün şadam və hazırda təlimdə öyrəndiklərimi aktiv iş fəaliyyətimdə istifadə edirəm”.

Layihədə ilk gündən sonadək iştirak etməkdən məmnunluğunu ifadə edən Ramin Vahidovun sözlərinə görə, layihənin şəxsi keyfiyyətlərinin təzahüründə və inkişafında, bilik və bacarıqlarını daha potensiallı şəkildə göstərməkdə və bunu cəmiyyətdə inteqrasiya formasında püxtələşdirməkdə müstəsna rolu olub: “Layihə iş və potensial həyatımızda mühüm rol oynayacaq. Ümid edirəm ki, belə layihələr çox olacaq. Çünki bu tip layihələrin bəhrələri cəmiyyətdə bizim kimi insanların rolunu dəyərli edəcək”.

İnklüziv Karyera Forumu keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən