Bayram tətili günlərində “Tufandağ” kompleksini 10 minə yaxın turist ziyarət edib VİDEO
Qəbələ, 31 mart, AZƏRTAC
İki həftəyə yaxın davam edən bayram tətili günlərində Qəbələ rayonu ərazisində yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi yerli və xarici turistlərin bölgədə ən çox üz tutduğu məkanlardan biri olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə kompleksin əməkdaşı Rauf Cahangirov məlumat verib.
Rauf Cahangirovun sözlərinə görə, Qəbələnin inkişaf etmiş turizm infrastrukturu, müxtəlif kateqoriyalı hotelləri və uyğun qiymətləri sayəsində bayram günlərində hotellərin doluluq səviyyəsi 90 faizdən yuxarı olub.
Kompleksin nümayəndəsi bildirib ki, bayram tətili müddətində “Tufandağ” kompleksini təxminən 10 min, “Qəbələnd” əyləncə parkını 8–9 min, Qəbələ Atıcılıq Klubunu isə 1500-ə yaxın qonaq ziyarət edib.
Müxbir - Rasim İslamoğlu