Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır VİDEO

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib. O bildirib ki, mənzil əslində sosial məsələ olmaqla qalmır, bu, iqlim məsələsidir, iqtisadi məsələdir, inkişaf və həmçinin insan şərəfi və ləyaqəti məsələsidir. Qeyd olunub ki, mənzil, eyni zamanda, təhsil, səhiyyə və güzəranla əlaqəli məsələdir: “Bütün dünyada şəhər əhalisinin durmadan artdığını görürük. Bu da istər-istəməz məskunlaşma, yerləşmə baxımından, iqlim dəyişikliyi ilə, eyni zamanda, infrastruktur üzərində təzyiqlə bağlı müəyyən çağırışlar yaradır. Bütün bunlar bir-biri ilə əlaqəli reallıqlardır ki, vahid həllər tələb edir. Bu baxımdan, mənzil məsələsinə yalnız tikinti, inşaat deyil, həmçinin ətraflı şəhər siyasəti kimi baxılmalıdır: bu sıraya torpaq istifadəsi, mobillik, infrastruktur, yaşıl məkanlar, iqtisadi, məhsuldarlıq və sosial vəhdət daxildir”.

Nazirlər görüşünün dünya forumunun əsas seqmentlərindən biri olduğunu qeyd edən A.Quliyev bildirib ki, o, forumun ilk sessiyalarından başlayaraq böyük bir yol keçərək, daha interaktiv və nəticə olan etibarlı platformaya çevrilib: “Yeni format bizə imkan verir ki, tək milli təcrübələri deyil, eyni zamanda, konkret həlləri, qabaqcıl təcrübəni və kollektiv, müştərək fəaliyyətlərimizi bir çox istiqamətlər üzrə - mənzil və məskunlaşma, şəhərsalma üzrə müzakirə edə bilək. Geniş şəkildə iştirak forumun əhəmiyyətinə dəlalət edir və digər tərəfdən BMT-nin Məskunlaşma Proqramı ilə qarşılıqlı etimad üzərində qurulmuş ümumi işimizi əks etdirir. Bugünkü görüş nazirlər üçün çox gözəl bir fürsətdir ki, əldə olmuş nailiyyətləri təhlil edək, qabaqcıl praktikanı müzakirə edək və eyni zamanda, qarşımızda olan problemləri nəzərdən keçirək”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

Anaklaudia Rossbax qeyd edib ki, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının yekunlarının qiymətləndirilməsi mərhələsi deyil, həm də inkişafın gələcək istiqamətinin müəyyən edilməsi üçün həlledici bir andır.

Milli siyasətlərin, şəhərsalma siyasətlərinin artıq geniş miqyasda əlaqələndirilmiş şəhərsalma aləti kimi təşəkkül tapmaqda olduğunu diqqətə çatdıran A.Rossbax deyib: “Bunu 160 ölkə ya qəbul edib, ya da şəhər siyasəti çərçivələrini milli inkişaf strategiyalarına inteqrasiya edib. Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib və burada mənzillərin uyğunluğu, onların əlçatanlığı da xüsusilə vurğulanıb. Milli siyasətlər və dövlətlər könüllü olaraq hesabatlar dərc edib və burada yerli tədbirləri milli prioritet və qlobal öhdəliklərlə uzlaşdırıb. Burada münasib mənzillər də əsas məsələlərdən biridir”.

Nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq. Əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.

Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.

Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski şəhərlərin davamlı şəkildə artan mürəkkəb çağırışlarla üzləşdiyini bildirib. Qeyd olunub ki, buna səbəb çatışmazlıqlar, keyfiyyət problemləridir. İqlim dəyişikliyi də infrastrukturlara, təbii ki, elementar xidmətlərə öz təsirini göstərir. Buna baxmayaraq, şəhərlər də imkanların, fürsətlərin, iqtisadi inkişafın, innovasiyanın və dayanıqlığın mərkəzi rolunu oynamaqda davam edir: “Biz çalışmalıyıq ki, şəhərsalmanın olduğu bütün yerlərdə sosial vəhdət, iqtisadi şanslar və dayanıqlıq hər kəs üçün bərabər olsun. Bugünkü təqvim də bizə bunu göstərir ki, şəhərlərdə dayanıqlılıq necə olmalıdır. Çünki təbiətin də bizə bəzi sürprizləri ola bilər. Yeni şəhərsalma təqviminin həyata keçirilməsi sadəcə hökumətlər səviyyəsində deyil, yerli hakimiyyət orqanları səviyyəsində də olmalıdır”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq yalnız qlobal mesajlar verməklə kifayətlənməməyi vurğulayıb: “Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyət vacibdir”.

Nazir qeyd edib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin uğurlu icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə yüksəksəviyyəli görüşlərin keçirilməsi, mühüm təşəbbüslərin irəli sürülməsi və konkret fəaliyyət planlarının hazırlanması prioritetlərdən biri olacaq.

Müxbirlər - Göyçək Mahmudlu, Vüqar Qurbanoğlu, Fərid Səlimov, Sara Əliyeva
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Taqiyev
Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Formula 2: Birinci sıralama turunun qalibi bəlli olub - YENİLƏNİB

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır