Davud Rüstəmov: Qlobal miqyasda kibertəhlükəsizlik indeksi üzrə mövqeyimizi T1 səviyyəsində təmin edəcəyimizə inanıram VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Qafqaz regionunda Azərbaycan milli kibertəhlükəsizlik indeksi üzrə birincidir. Ölkəmiz 2020-2021-ci ildə həmin indeks üzrə dünya reytinqində 86-cı yerdə idi. Keçdiyimiz ötən 6 ildə görülən işlər Azərbaycanın mövqeyinin zamanla 86-dan 52-ci yerə, bu yaxınlarda isə 31-ci yerə gəlməsinə imkan verib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
“Hazırlanan qanunvericilik aktları, görüləcək işlər, üzərində işlənən layihələrin reallaşması inanıram ki, mövqeyimizi qlobal indeksdə T1 səviyyəsində təmin edəcək və 20-ci yerlərdə qərarlaşa biləcəyik. Hədəfə çatacağımıza dair böyük ümidlər var”, - deyə D.Rüstəmov qeyd edib.