Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Serbiyanın idman naziri Zoran Qayiç Azərbaycana səfəri çərçivəsində AZƏRTAC-ın suallarını cavablandırıb. Nazirlə eksklüziv müsahibəni təqdim edirik.

- Bu, son iki ayda Bakıya ikinci səfərinizdir. Budəfəki səfərinizin məqsədi nədir?

- Bakıya səfərimin məqsədi Serbiyanın İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığın davam etdirilməsidir. Biz Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirir, iki ölkə arasında bütün sahələrdə çox yaxşı münasibətlərin formalaşdırılması istiqamətində çalışırıq.

Qürurla deyə bilərəm ki, azərbaycanlı həmkarım Fərid Qayıbovla əməkdaşlığımız çox yüksək səviyyədədir. Biz sıx əməkdaşlıq edirik, federasiyalarımız da fəal işləyir. Bu, iki ölkənin prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqli davamı və icrasıdır.

- Azərbaycanla Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Güləş, boks və bir çox digər federasiyalarımız arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq üçün şərait yaradan memorandum imzalanıb. Hazırda çoxsaylı birgə layihələr həyata keçirilir. Həm Azərbaycanda, həm də Serbiyada idmanın maraqlarının qorunması üçün idman diplomatiyası sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmək istərdim.

Avropa Voleybol Konfederasiyasına, Avropa Gimnastikasına, Dünya Güləş Birliyinə, Beynəlxalq Olimpiya Komitəsinə, Ümumdünya Antidopinq Agentliyinə və digər qurumlara keçirilən seçkilərə gəldikdə isə hesab edirəm ki, beynəlxalq səviyyədə mühüm nəticələr əldə etmək üçün bu sahədə fəal əməkdaşlıq vacibdir. Qürurla deyə bilərəm ki, bu istiqamətdə də əməkdaşlığımız və qarşılıqlı anlaşmamız çox yüksək səviyyədədir.

- İki ölkə arasında idman sahəsində hansı istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün potensial görürsünüz?

- İlk növbədə, söhbət uşaq və məktəb idmanından gedir. Uşaq idmanı dedikdə, Olimpiya, dünya və Avropa çempionu olmaq üçün məşq edən gələcəyin ulduzlarını nəzərdə tuturam. Bununla yanaşı, məktəb idmanının da ayrıca əhəmiyyəti var. Beynəlxalq Məktəb İdmanı Federasiyası fəaliyyət göstərir və ona voleybol üzrə milli komandanın keçmiş kapitanı Jelko Tanaskoviç rəhbərlik edir. O, iyul ayında yenidən bu vəzifəyə seçiləcək.

Digər uşaqlar üçün də imkanlar mövcuddur. Onlar sadəcə yarışlarda iştirak edir, sağlamlıqları üçün fiziki məşq və müxtəlif idman növləri ilə məşğul olur, daha sonra isə ali məktəblərdə, universitetlərdə təhsillərini davam etdirərək başqa peşələrə yiyələnirlər. Bu sahə bizdə çox inkişaf edib. Dünyanın müxtəlif ölkələrində çoxlu sayda təşkil olunmuş yarışlar keçirilir. O cümlədən Serbiyada hər il Avropa və dünya səviyyəsində bir, iki və ya üç yarış təşkil edirik. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət göstərməklə gənclər arasında çempionlar da yetişdirmək olar.

Prezidentlərimiz arasında çox yaxşı dostluq münasibətləri və qarşılıqlı anlaşma mövcuddur. Eyni zamanda, həmkarım Fərid Qayıbovla çox yaxşı dostluq və əməkdaşlıq münasibətlərimiz formalaşıb. Məqsədimiz məktəb idmanı sistemində və müxtəlif idman növlərinin gənclər kateqoriyalarında çıxış edən yeni nəslin bir-biri ilə dostluq etməsi, birgə təlim-məşq toplanışları keçməsi, yoldaşlıq görüşlərində və müxtəlif səfərlərdə iştirak etməsidir. Çünki biz bunu ən vacib, ən maraqlı və ən əsas istiqamət hesab edirik.

- Azərbaycan və Serbiya arasında idman federasiyaları səviyyəsində yeni birgə layihələr planlaşdırılırmı?

- Hesab edirəm ki, Serbiya Məktəb İdmanı Federasiyası ilə Azərbaycandakı müvafiq qurum arasında çox səmərəli əməkdaşlıq qurmaq mümkündür. Bildiyimə görə, Azərbaycanda məktəb idmanı Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Güləş federasiyalarına gəlincə, Serbiya və Azərbaycan federasiyaları arasında artıq çox yaxşı əməkdaşlıq qurulub. Bizim öz mütəxəssislərimiz fəaliyyət göstərir, məşqçilər çalışır, eyni zamanda, çoxlu birgə məşqlər və təlim-məşq toplanışları keçirilir.

Xüsusilə qeyd etmək istərdim ki, iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın daha da genişlənməsini arzulayırıq. Bir neçə aydan sonra Serbiyada Milli Voleybol Mərkəzi fəaliyyətə başlayacaq. Bu da gənclər, kişilər və qadınların daxil olduğu bütün kateqoriyalardan olan azərbaycanlı idmançıları dəvət etməyə imkan verəcək. Beləliklə, azərbaycanlı dostlarımızı qəbul edə, onların bizdə məşq keçməsinə və təcrübə mübadiləsi aparmasına şərait yarada biləcəyik. Ümid edirəm ki, bu, çox yaxın vaxtlarda baş tutacaq.

- Azərbaycan və Serbiyanın bir-birinin idman təcrübəsindən qarşılıqlı faydalana biləcəyi əsas sahələr hansılardır?

- Azərbaycan güləş, boks və cüdo kimi döyüş idman növlərində çox güclüdür. Serbiya tərəfinin Azərbaycanın təcrübəsindən yararlana bilməsi çox vacibdir. Hətta hansısa idman növündə eyni səviyyədə olsaq belə, hər bir təcrübə faydalıdır. Xüsusilə məşqçilər, idmançılar və atletlərin, eləcə də komandaların hazırlığında iştirak edən bütün mütəxəssislər arasında təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. Bu, çox vacibdir. Düşünürəm ki, məşqçi, fiziki tərbiyə və idman müəllimləri hazırlayan ali təhsil müəssisələri də çox faydalı təcrübə mübadiləsi apara, öz bilik və bacarıqları ilə bir-birinə qarşılıqlı dəstək verə bilərlər. Bundan başqa, idman sahəsində universitetlərimizdə aparılan elmi-tədqiqat işləri də mühüm əhəmiyyət kəsb edir. Burada çox yaxşı tanıdığım Azərbaycan İdman Akademiyası var. Hesab edirəm ki, təcrübə mübadiləsi və bəlkə də birgə layihələrin həyata keçirilməsi çox faydalı olardı. Çünki hər iki tərəfin olimpiya, dünya və Avropa çempionları var, idman yüksək səviyyədə inkişaf edib, elmi-tədqiqat fəaliyyəti və digər istiqamətlər üzrə də geniş imkanlar mövcuddur. Biz idman təlim fraksiyası və təlim metodologiyasını tətbiq edə bilərik.

Əlbəttə, bizdə komanda idman növləri çox inkişaf edib. İlk növbədə voleybol, basketbol və su polosunu qeyd etmək olar. Həndbol da artıq yenidən dirçəlir. Bilirəm ki, Azərbaycanda qadın voleybolu güclüdür və dostum, həmkarım Faiq Qarayev bu istiqaməti layiqincə dəstəkləyir. Azərbaycanda qadın voleybolu da uğurla inkişaf edib, belə ki, 2003-cü ildən etibarən ilk medallar qazanılıb. Bildiyimə görə, Azərbaycan Avropa çempionatını təşkil edir. Buna görə də həm komanda, həm döyüş idman növlərində, həm də, əlbəttə ki, elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq imkanları mövcuddur. Məşqçi hazırlayan ali təhsil müəssisələri, müxtəlif idman növləri üzrə federasiyaların məşqçilər üçün keçirdiyi sonrakı seminarlar böyük əhəmiyyət kəsb edir.

- Serbiya və Azərbaycan arasında yeni saziş və ya təşəbbüslərin elan olunması gözlənilirmi?

- Biz müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq memorandumları imzaladığımız zaman mövcud imkanlar barədə məlumatları bütün federasiyalarımıza, eləcə də Azərbaycanda tanıdığım federasiyalara göndəririk ki, onlar maraq göstərdikləri istiqamətləri həyata keçirə bilsinlər. Nəticə etibarı ilə lazımi məlumatlar onlarda var. Bildiyimə görə, güləş sahəsində əməkdaşlığımız çox yaxşı səviyyədədir və birgə məşqlər keçiririk. Ola bilsin ki, komanda idman növlərində də birgə fəaliyyətin daha keyfiyyətli və daha sıx qrafikini formalaşdırmağa ehtiyac var. Lakin bu, artıq hər federasiyanın və hər bir idman növünün maraqlarından asılıdır. Biz onlar üçün zəruri şəraiti yaratmışıq.

İki nazirliyə gəldikdə isə qeyd etdiyim kimi, prezidentlərimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Ölkələrimiz arasında da çox yaxşı əlaqələr formalaşıb. Məmnuniyyətlə deyə bilərəm ki, Serbiya mediasında Azərbaycanın adı hər gün yalnız idmanla bağlı hallanmır. “AzVirt” şirkəti Serbiyada yollar inşa edir və ölkə vətəndaşları Azərbaycanın bizə dəstək göstərdiyini, o cümlədən qaz tədarükü və digər enerji layihələri məsələlərində yardım etdiyini bilirlər.

Beləliklə, Azərbaycanın Serbiyaya kömək göstərdiyi barədə məlumatlar gündən-günə daha da artır. Biz də öz növbəmizdə Azərbaycana dəstək verməyə çalışırıq. Buna görə səmimi-qəlbdən sevinirəm.

- Son illərdə Azərbaycan idmançılarının beynəlxalq arenadakı çıxışlarını necə qiymətləndirirsiniz?

- Bilirəm ki, döyüş idman növlərində çox yaxşı nəticələr var. Bu istiqamətdə fəaliyyət göstərən hər kəsi təbrik edirəm. Futbolun inkişaf etdiyini də bilirəm. Futbol komandalarının Avropa kuboklarında yaxşı çıxışları olub. Əlbəttə, qadın voleybolunu da inkişaf etdirmək lazımdır. Bu sahə vaxtilə çox yüksək səviyyədə idi. Son illərdə orada vəziyyətin necə olduğunu bilmirəm. Bununla belə, Azərbaycanda komanda idman növlərində inkişaf üçün potensial var və bundan istifadə etmək mümkündür. Döyüş idman növlərinə gəlincə isə sadəcə bir söz demək olar: belə davam edin.

- Siz vaxtilə Azərbaycanda “Rabitə” və “Telekom” voleybol komandalarında çalışmısınız. Həmin dövrü necə xatırlayırsınız?

- Həmin illərlə bağlı ən xoş xatirələrim var. Üstündən çox illər keçsə də, “Rabitə” və “Telekom”da birlikdə çalışdığımız insanlarla əlaqələrim hələ də davam edir. İmkan daxilində onları məlumatlandırır və müəyyən qədər dəstək göstərirəm. Onlar da öz növbələrində məni məlumatlandırır və dəstəkləyirlər.

O vaxt “Telekom”da oynayan, hələ çox gənc olan qızlar indi artıq Azərbaycan millisində çıxış edən yetkin qadınlardır. Onların bəzilərinin artıq uşaqları da var. Lazım olanda həmişə əlaqə saxlayırıq. Buna görə çox məmnunam.

İlk növbədə, birgə fəaliyyətimizin yaxşı nəticə verməsinə və bunun qorunub saxlanılmasına sevinirəm. Azərbaycanda bu işlərin bu gün də xatırlanması məni sevindirir. Buna görə də Azərbaycanda, Bakıda məşqçilik fəaliyyətimin həmin dövrü ilə fəxr edirəm. Burada bu günə qədər əlaqə saxladığım dostlarım və yaxın tanışlarım qalıb.

- Azərbaycan voleybolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Düzünü desəm, bunu dəqiq bilmirəm. Qadın voleybolunu hələ izləməmişəm, onu Avropa çempionatında qiymətləndirəcəyik. Bilirəm ki, qadın voleybolu üçün çox yaxşı şərait yaradılıb, mənim işlədiyim dövrdə qurulmuş baza da var. Uğura heç bir şübhəm yoxdur. Çünki bu prosesə hələ də Faiq Qarayev rəhbərlik edir.

Bilirəm ki, həm Gənclər və İdman Nazirliyi, həm də ümumilikdə ölkə idmanı çox sevir. Düşünürəm ki, təkcə voleybolun deyil, digər idman növlərinin də inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycandakı bütün federasiyaların inkişaf etmək üçün çox yaxşı imkanları var. Sadəcə işləmək lazımdır.

 

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik