Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev AZƏRTAC-ın qonağı olub. Mütəxəssis Slovakiyanın paytaxtı Bratislavada qazanılan Avropa çempionluğunun pərdəarxası məqamlarından, komandanın çempionluğa gedən yolundan, minifutbolun ölkəmizdəki inkişaf perspektivlərindən və gələcək planlardan danışıb. O, həmçinin futbol üzrə Azərbaycan yığmasının çıxışı, dünya çempionatındakı favoritləri və böyük futbola qayıtmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb. Həmin müsahibəni təqdim edirik.

- Sizi adətən təmkinli insan kimi tanıyırıq. Maraqlıdır, Avropa çempionatında Ukrayna ilə həlledici matçda final fiti səslənəndə hansı hissləri keçirdiniz? Nəzərə alaq ki, milli komanda ilə ikinci dəfə bu sevinci yaşayırdınız...

- Deyərdim ki, bu, həqiqətən də fərqli hisslər idi. İkinci dəfə Avropa çempionu olmaq çox çətindir. Çünki biz Avropa çempionatında iki ildən bir iştirak edirik. İlk dəfə 2022-ci ildə bu titulu qazanmışdıq. Üzərindən 4 il keçmişdi və dünya çempionu olduqdan sonra yenidən Avropa çempionluğunu əldə etmək bizim üçün həqiqətən də asan deyildi. Şükürlər olsun ki, buna nail olduq. Bu uğura görə çox sevinirik.

- Yığma Avropa çempionatına son dünya çempionu kimi yollanmışdı. Bu amil komandaya necə təsir edirdi: güvən verirdi, yoxsa təzyiq yaradırdı?

- Fikrimcə, üzərimizdə müəyyən təzyiq var idi. Lakin mən və məşqçi heyəti hazırlıq prosesinin ilk günündən etibarən futbolçulara bu məsuliyyətin öhdəsindən gələ biləcəyimizi aşılayırdıq. Onlara daim bildirirdik ki, bu uğuru yenidən qazanmaq gücündəyik. Düşünürəm ki, məhz bu inam və özgüvən sayəsində qarşıya qoyduğumuz məqsədə çatdıq və növbəti dəfə Avropa çempionu olduq.

- Qrup mərhələsinin ilk matçında Avstriya üzərində çətin qələbə qazandınız, Serbiya ilə yarımfinal görüşündə isə penaltilər seriyasında qalib gəldiniz. Sizin üçün turnirin ən çətin oyunu hansı oldu?

- Turnirin ilk oyununu Avstriyaya qarşı keçirdik və bu görüş müəyyən mənada bizim üçün çətin alındı. Çünki həm yeni meydançaya uyğunlaşmalı idik, həm də bu, son bir ildə əsas turnirlər çərçivəsində keçirdiyimiz ilk rəsmi qarşılaşma idi. Yoldaşlıq oyunlarında iştirak etsək də, Avropa və ya dünya çempionatı səviyyəsində matç təcrübəmizdə müəyyən fasilə yaranmışdı. Komanda hələ tam optimal formada deyildi. Düşünürdük ki, oyundan-oyuna daha da inkişaf edəcək və formamızı yüksəldəcəyik. Bu baxımdan Avstriya ilə görüş bizim üçün xüsusi çətinlik yaratdı. Serbiya millisi isə yaxşı tanıdığımız və gücünə bələd olduğumuz rəqib idi. Onlar son Avropa çempionu, eyni zamanda dünya çempionatının bürünc mükafatçısı idilər. Bilirdik ki, turnirin ən güclü komandalarından biri ilə qarşılaşırıq. Buna görə də Serbiya ilə yarımfinal oyunu həm gərginliyi, həm də rəqibin səviyyəsi baxımından bizim üçün ən çətin matçlardan biri oldu.

- Avropa çempionu olduqdan sonra Prezident İlham Əliyev milli komandanı təbrik etdi, daha sonra isə Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzaladı. Bu barədə nə deyə bilərsiniz?

- Cənab Prezident fəaliyyətimizi daim diqqətdə saxlayır. Dünya çempionatı zamanı da bildirmişdi ki, komandamızın son dörd oyununu izləyib. Bu, bizim üçün çox böyük motivasiya mənbəyidir. Həm məşqçilər heyəti, həm federasiya, həm də futbolçular dövlət başçısının diqqət və qayğısını hər zaman hiss edir. Prezident İlham Əliyevin milli komandamızın nailiyyətlərini yüksək qiymətləndirməsi və Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Sərəncam imzalaması bizi çox sevindirdi. Bu, həm görülən işə verilən dəyərin göstəricisidir, həm də gələcək uğurlar üçün əlavə stimul yaradır. Bu diqqət və etimadı yüksək qiymətləndiririk.

- Əvvəl yerli idman ictimaiyyətində belə fikirlər var idi ki, Azərbaycanda komanda idman növləri zəifdir və uğurlu nəticələr qazanıla bilməz. Amma minifutbol yığması bu stereotipləri dağıtdı və sübut etdi ki, böyük uğurlara imza atmaq heç də mümkünsüz deyil. Bunu necə bacardınız?

- Komanda şəklində hər hansı bir nailiyyət əldə etmək çətindir, amma əlçatmaz deyil. Çünki hər bir uğurun arxasında böyük zəhmət və düzgün yanaşma dayanır. Fikrimcə, insan öz işinə məsuliyyətlə yanaşır və böyük əziyyət çəkirsə, bunun nəticəsini mütləq görəcək. Bu da uğura aparan əsas amillərdən biridir.

- Artıq həm dünyada, həm də Azərbaycanda minifutbola maraq artır və bunun altında Azərbaycan millisinin də imzası var. Bu idman növünün gələcək perspektivini necə görürsünüz?

- Bu uğurlarda Azərbaycan Minifutbol Federasiyasının da böyük rolu var. Fürsətdən istifadə edərək Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm. Onlar bizi daim dəstəkləyir, hərtərəfli şərait yaradır və fəaliyyətimizə böyük diqqət göstərirlər. Həm federasiyanın, həm də nazirliyin komandamızın uğurlarında böyük əməyi var. Biz də çalışırıq ki, bu etimadı doğruldaq və əlimizdən gələni edək. Gələcəklə bağlı müəyyən planlarımız var və bu planları federasiya rəhbərliyi ilə də bölüşmüşük. Məqsədimiz Azərbaycanda bütün yaş qrupları üzrə minifutbol komandalarının formalaşdırılmasıdır. İstəyirik ki, yeni futbolçular yetişsin, bu sahədə davamlılıq təmin olunsun və qazandığımız uğurların ardı gəlsin. Bu gün dünya reytinqində birinci yerdə olmaq, əlbəttə ki, qürurvericidir. Lakin yalnız bugünkü nəticələrlə kifayətlənsək, sabahı itirə bilərik. Ona görə də əsas məqsəd əldə etdiyimiz mövqeyi qorumaqdır. Bunun üçün yeni nəsil futbolçular yetişdirməli, minifutbolun inkişafı istiqamətində sistemli işi davam etdirməliyik. İnanıram ki, bu istiqamətdə atılacaq addımlar Azərbaycan minifutbolunun uzun illər zirvədə qalmasına imkan verəcək.

- Karyeranız ərzində böyük futbolda həm oyunçu, həm də məşqçi kimi yer almısınız. Gələcəkdə özünüzü yenidən böyük futbolda sınamaq istərdiniz?

- Məşqçi kimi ən uğurlu nəticələrimi 2014-2015-ci illərdə “İnter”in əvəzedici komandasında qazanmışam. Həmin dövrdə rəhbərlik etdiyim komanda ilə ardıcıl iki dəfə Azərbaycan çempionu olmuşduq. Bundan əlavə, bir il ərzində səkkiz futbolçunu əsas komandaya qazandırmışdıq ki, bu da böyük uğur hesab olunur. Həmin oyunçuların əksəriyyəti bu gün də peşəkar səviyyədə çıxış edirlər. Bu, gördüyümüz işin nəticəsi idi və qürur duyduğumuz məqamlardan biridir.

Gələcəkdə yenidən böyük futbolda çalışmağa gəlincə, düşünürəm ki, niyə də yox? Hazırda minifutboldayam və burada özümü xoşbəxt hiss edirəm. Federasiya rəhbərliyinə də təşəkkürümü bildirirəm. Onlar bizə hər cür şərait yaradır, daim dəstək göstərir və arxamızda dayanırlar. Bu gün əldə etdiyimiz nəticələr də görülən işin göstəricisidir. Ancaq gələcəkdə haradasa ehtiyac yaranarsa və qarşımıza yeni çağırış qoyularsa, həmin sahədə də uğur qazanmağa hazırıq.

- Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olsaydınız, uğur qazanmaq üçün ilk işiniz, qərarınız nə olardı?

- Bu, bir qədər çətin sualdır. Amma düşünürəm ki, əgər milli komandanın baş məşqçisi olsaydım, ilk növbədə sistemi dəyişər, daha sonra isə məşq prosesinin həcmini artırardım. Çünki mənim fikrimcə, Azərbaycan millisi hazırda iki əsas məqamda çətinlik yaşayır. Birincisi, komanda 90 dəqiqə ərzində yüksək tempi qoruyub saxlaya bilmir. İkincisi isə bəzi oyunlarda həddindən artıq ehtiyatlı və müdafiəyönümlü futbol nümayiş etdirir. Hesab edirəm ki, daha cəsarətli çıxış etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək və rəqiblərlə başabaş mübarizə aparmaq lazımdır.

- Futbol üzrə Azərbaycan millisinin oyunlarını izləyirsinizmi? Son nəticələr fonunda yığmanın çıxışını necə dəyərləndirirsiniz?

- Milli komandanın bütün oyunlarını izləyirəm. Son nəticələr, əlbəttə ki, üzücüdür. Düşünürəm ki, çıxış etdiyimiz səviyyəni və rəqiblərimizi nəzərə alaraq daha iddialı futbol nümayiş etdirməliyik. Məsələn, Malta kimi reytinq baxımından bizə yaxın və ya aşağı səviyyəli rəqiblərlə oyunlarda daha çox hücum haqqında düşünmək lazımdır. Çünki biz həmin matçlarda ölkəmizi, 10 milyonluq xalqımızı təmsil edirik. Bəzən Azərbaycanın futbol ölkəsi olmadığı söylənilir. Mən bununla razı deyiləm. Vaxtilə Azərbaycan taekvondo və ya cüdo ölkəsi kimi də tanınmırdı. Ancaq düzgün idarəçilik, sistemli iş və peşəkar yanaşma nəticəsində həmin növlərdə dünyasəviyyəli idmançılar yetişdi. Futbolda da eyni uğurları qazanmaq mümkündür. Hesab edirəm ki, düzgün məşq prosesi və sistemli hazırlıq sayəsində həm klublarımız, həm də milli komandamız daha yaxşı nəticələr əldə edə bilər. Fiziki hazırlıq baxımından Avropanın digər ölkələrindən geri qalmağımız üçün obyektiv səbəb yoxdur. Biz minifutbolda bunu sübut etdik. Komandamızın fiziki hazırlıq səviyyəsi bir çox rəqibdən yüksək idi və qazandığımız uğurlarda bunun böyük rolu oldu. Çünki biz hər gün 3,5–4,5 saat arası intensiv məşq edirik. Bu zəhmətin nəticəsi də beynəlxalq yarışlarda özünü göstərir və uğurlarımızın əsas səbəblərindən birinə çevrilir.

- Bəzən deyirlər ki, minifutbol böyük futbolda bəxti gətirməyənlərin və ya karyerasını bitirənlərin idmanıdır. Siz bu fikirlə razısınız, yoxsa minifutbolun tamamilə fərqli fəlsəfəsi olduğunu düşünürsünüz?

- Bu fikirlə müəyyən mənada razıyam. Amma mənim yanaşmama görə, futbolçular əsasən iki qrupa bölünür: formada olanlar və formada olmayanlar. Bu gün yaxşı formada olan oyunçular milli komandaya fayda verə bilərlər. Formada olmayan futbolçuların isə nə əsas milliyə, nə də minifutbol komandasına ciddi kömək etməsi mümkündür. Ona görə də hesab edirəm ki, milli komandada məhz həmin dövrdə ən yaxşı formada olan futbolçular çıxış etməlidirlər. Sabah hansısa oyunçu fiziki formasını itiribsə və lazımi səviyyədə deyilsə, onun milli komandada yeri olmamalıdır. Bu, həm böyük futbola, həm də minifutbola aiddir. Belə hallarda futbolçu ilk növbədə öz üzərində çalışmalı, formasını bərpa etməli və yenidən komandaya fayda verə biləcək səviyyəyə çatmalıdır.

- Sizə minifutbol millisinə dünya futbol ulduzlarından birini cəlb etmək fürsəti verilsəydi, bu, hansı oyunçu olardı və nəyə görə?

- Futbolçularımızın əksəriyyəti artıq milli komandada özünü sübut etmiş, demək olar ki, ulduz statusu qazanmış oyunçulardır. Çünki minifutbol üzrə Azərbaycan millisi iki dəfə Avropa çempionu, bir dəfə dünya çempionu olub, həmçinin heyətində Çempionlar Liqasının qalibi olan futbolçular yer alır. Bu da onların səviyyəsindən xəbər verir. Böyük futboldan nümunə götürsək, mənim üçün Kriştianu Ronaldu xüsusi örnəkdir. Çünki o, zəhmət və davamlı əziyyət hesabına böyük uğurlar qazanmağın mümkün olduğunu göstərib. Bir tərəfdə stres və təzyiq, digər tərəfdə isə zəhmətlə formalaşan uğur dayanır. Mən daha çox məhz zəhmətlə əldə olunan nəticələri yüksək qiymətləndirirəm.

- Sabah futbol üzrə dünya çempionatı start götürür. Oyunları izləməyi planlaşdırırsınız?

- Bəli, dünya çempionatının oyunlarını izləyəcəyəm. Ümumiyyətlə, turnir ərəfəsində keçirilən yoldaşlıq görüşlərini də izləyirəm. Fürsətdən istifadə edərək Türkiyə milli komandasına da uğurlar arzulayıram. Ümid edirəm ki, onlar bu mundialda uğurlu çıxış edəcək və gələcəkdə daha yaxşı nəticələr qazanacaqlar.

- Dünya çempionatının əsas favoritləri kimi hansı komandaları görürsünüz? Mundialda sürpriz edə biləcək yığmalar varmı?

- İspaniya hazırda tamamilə fərqli futbol nümayiş etdirir. Portuqaliya və Fransa yığmaları da turnirin əsas favoritləri sırasında göstərilir və onları çempionluğa əsas namizədlərdən hesab edirəm. Özbəkistan millisinin bu mərhələyə qədər irəliləməsi artıq ciddi nəticə hesab olunmalıdır. Düşünürəm ki, onlar bu regionda belə uğura nail olan ilk komandalar sırasındadır. Bu da onu göstərir ki, gələcəkdə digər ölkələr də oxşar nailiyyətlər əldə edə bilərlər. Lakin mən hələ Özbəkistan millisinin potensialını tam şəkildə görmürəm. Əgər onlar qrup mərhələsini adlaya bilsələr, düşünürəm ki, bu elə çempionluğa bərabər nəticə sayıla bilər.

Müxbir – Aynur Əlixanlı

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik