Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkili diplom proqramları məzunların beynəlxalq rəqabət qabiliyyətini artırır VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycanda ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsallaşma, məzunların rəqabət qabiliyyətinin artırılması prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov AZƏRTAC-a müsahibəsində tədrisdə tətbiq olunan rəqəmsallaşmadan, süni intellektdən, abituriyentlər üçün universitetin üstünlüklərindən, tələbələri gözləyən yeniliklərdən, eləcə də beynəlxalq əməkdaşlıq və ikili diplom proqramlarından danışıb. Onunla müsahibəni təqdim edirik.

-Tədrisin keyfiyyətinin artırılması istiqamətində hansı yeniliklər tətbiq olunur?

-Hər bir ali təhsil müəssisəsi üçün təhsilin keyfiyyətinin artırılması strateji istiqamətlərdən biridir. Təhsilin keyfiyyətini artırmaqla əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması qarşıya əsas məqsəd kimi qoyulub. Bu istiqamətdə ilk növbədə ümumi təhsil müəssisələrində iş aparılır və yüksək bal toplayan, hazırlıqlı abituriyentlərin universitetə cəlb olunmasına xüsusi diqqət yetirilir. Tədris prosesində keyfiyyətli təhsilin təmin olunması üçün tədris proqramları müasirləşdirilir, eyni zamanda, həmin proqramlar aparıcı istehsalat müəssisələrinin mütəxəssisləri tərəfindən ekspertizadan keçirilir. Bu, çox vacib şərtlərdən biridir. Çünki məzunların istehsalat sahəsində uğurla fəaliyyət göstərə bilmələri üçün əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara malik olmaları vacibdir. Hansı bilik və bacarıqların tələb olunduğunu isə istehsalat sahəsində çalışan mütəxəssislər müəyyənləşdirirlər. Tədrisin keyfiyyətinin artırılması üçün bir sıra işlər həyata keçirilir. Ən vacib məsələlərdən biri müasir tədris proqramlarının hazırlanmasıdır. Bu məqsədlə tədris proqramları mütəmadi olaraq yenilənir və texnologiyanın inkişafı nəzərə alınaraq müasir yanaşmalar tətbiq edilir. Bundan əlavə, tədris prosesinə nəzarət sistemi təkmilləşdirilir və dərslərin müasir metodlarla keçirilməsinə diqqət yetirilir. Müəllimlər də bu istiqamətdə daim öz üzərlərində işləməli, tələbəyönümlü tədris metodlarını mənimsəməlidirlər. Məqsəd odur ki, universiteti bitirən məzunlar yüksəksəviyyəli bilik və bacarıqlara malik olsunlar.

- Rəqəmsallaşma və süni intellekt tədrisə necə inteqrasiya edilir?

- Bu gün rəqəmsallaşma və süni intellekt təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Universitet də bu istiqamətdə mühüm addımlar atır. Məqsəd süni intellektdən həm müəllimlərin, həm də tələbələrin düzgün və məqsədyönlü istifadə etməsini təmin etməkdir. Süni intellekt düzgün istifadə olunduqda tədris prosesinə böyük fayda verir. Əks halda isə onun mənfi təsirləri ola bilər. Buna görə universitet bu texnologiyaların səmərəli tətbiqinə xüsusi diqqət yetirir.

-Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olan tələbələr hansı üstünlükləri əldə edirlər?

-Bildiyiniz kimi, Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq və inşaat sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Eyni zamanda, informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətlərində kadr hazırlığı həyata keçirilir. Bu gün ölkəmizdə, xüsusilə regionların inkişafı və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində peşəkar memarlara, dizaynerlərə, inşaat mühəndislərinə və digər mühəndis kadrlara böyük ehtiyac var. Universitetin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, yüksək bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaqdır.

-Abituriyentlərə hansı tövsiyələri verərdiniz?

-Abituriyentlər ilk növbədə ixtisas seçimini öz maraq və bacarıqlarına uyğun etməlidirlər. Topladıqları bala uyğun müxtəlif seçim imkanları olsa da, əsas məsələ gələcəkdə sevəcəkləri peşəni seçməkdir.

Biz çalışırıq ki, birinci kursdan etibarən “İxtisasa giriş” fənni vasitəsilə tələbələrə seçdikləri ixtisas haqqında geniş məlumat verək. Onlara izah olunur ki, həmin ixtisası bitirdikdən sonra hansı sahələrdə işləyə bilərlər, gələcək karyera imkanları nələrdir və ölkənin inkişafında onların rolu nə olacaq. Bu yanaşma tələbələrin öz ixtisaslarını daha yaxşı tanımalarına kömək edir və sonradan peşman olub ixtisas dəyişmək hallarının qarşısını alır.

- Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunan tələbələri hansı yeniliklər gözləyir?

- Bizim əsas məqsədimiz şəffaf və obyektiv təhsil mühiti yaratmaqdır. Müəllim–tələbə münasibətlərinin sağlam və şəffaf qurulmasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, universitet rəhbərliyi tələbələrin əlavə bilik və bacarıqlar əldə etməsi üçün müxtəlif imkanlar yaradır. Xüsusilə ixtisas üzrə vacib proqramların öyrədilməsi prioritet istiqamətlərdəndir.

Universiteti bitirən məzun yalnız diplom deyil, həm də həmin proqramlar üzrə sertifikat əldə edir. Bu isə onların əmək bazarında rəqabət qabiliyyətini artırır və iş tapmalarını asanlaşdırır.

-Beynəlxalq əməkdaşlıq və ikili diplom proqramları istiqamətində hansı işlər görülür?

- Bu istiqamətdə işlər bir neçə sahəni əhatə edir. İlk növbədə, xarici universitetlərlə əməkdaşlıq müqavilələri imzalanır, yeni tərəfdaşlıqlar qurulur və akademik əlaqələr genişləndirilir.

Ən vacib istiqamətlərdən biri ikili diplom proqramlarıdır. Hazırda universitetdə bakalavriat və magistratura səviyyələri üzrə müxtəlif ikili diplom proqramları həyata keçirilir.

Bakalavriat səviyyəsində tələbələr təhsilin bir hissəsini Azərbaycan Memarlıq və İnşaat Universitetində, digər hissəsini isə tərəfdaş xarici universitetdə davam etdirirlər. Təhsili uğurla başa vurduqdan sonra hər iki universitetin diplomunu əldə edirlər. Magistratura səviyyəsində də analoji proqramlar həyata keçirilir. Tələbələr birinci ili universitetimizdə, ikinci ili isə xarici tərəfdaş universitetdə oxuyurlar və məzun olduqda hər iki universitetin diplomuna sahib olurlar. Bu istiqamətdə universitetin dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığı mövcuddur. Məsələn, İstanbul Texniki Universiteti ilə inşaat mühəndisliyi üzrə ikili diplom proqramı həyata keçirilir. Bundan başqa, Ankara Universiteti, Milan Politexnik Universiteti, Böyük Britaniyanın bir sıra universitetləri, eləcə də ABŞ, Portuqaliya və Türkiyənin müxtəlif universitetləri ilə magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar tələbələrin beynəlxalq təcrübə qazanmasına, müasir bilik və bacarıqlara yiyələnməsinə, həmçinin beynəlxalq əmək bazarında daha rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına geniş imkan yaradır. Universitetin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, yüksək ixtisaslı, rəqabətqabiliyyətli və peşəkar mütəxəssislər hazırlamaqdır. Bu istiqamətdə tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsallaşmanın tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbələrin praktiki biliklərinin artırılması istiqamətində işlər davam etdirilir.

Müxbir – Tünzalə Zeyvəliyeva

İkili diplom proqramları məzunların beynəlxalq rəqabət qabiliyyətini artırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib

bp yarım ildə Azərbaycanda sponsorluq etdiyi layihələrə 0,9 milyon dollar xərcləyib