Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prorektor: AzMİU-nun strateji hədəfi dünya universitetləri arasında mövqeyini möhkəmləndirməkdir MÜSAHİBƏ VİDEO

Prorektor: AzMİU-nun strateji hədəfi dünya universitetləri arasında mövqeyini möhkəmləndirməkdir MÜSAHİBƏ VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi, reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin artırılması və innovasiya ekosisteminin inkişafı ali təhsil müəssisəsinin prioritet istiqamətləri sırasında yer alır. AzMİU-nun elmi işlər üzrə prorektoru professor Nigar Aslanova AZƏRTAC-a müsahibəsində xarici universitetlər və elmi mərkəzlərlə birgə layihələrin həyata keçirilməsi, “Scopus” və “Web of Science” indeksli jurnallarda məqalələrin sayının artırılması, yeni elmi laboratoriyaların yaradılması, startapların dəstəklənməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Onunla müsahibəni təqdim edirik.

-Universitetin beynəlxalq elmi əməkdaşlıq imkanları nələri əhatə edir?

- Beynəlxalq elmi əməkdaşlıq dedikdə, ilk növbədə, beynəlxalq elmi mərkəzlərlə əlaqələrin qurulması, xarici alimlərlə birgə tədqiqatların aparılması, həmin tədqiqatların nəticələrinin “Scopus” və “Web of Science” indeksli nəşrlərdə dərc olunması, beynəlxalq elmi layihələrdə iştirak, doktorantların xarici ölkələrdə elmi-tədqiqat laboratoriyalarında staj keçməsi, eləcə də müxtəlif texnopark və laboratoriyalardan birgə istifadə nəzərdə tutulur. Bu məqsədlə universitetdə infrastruktur yenilənib. Müasir laboratoriyalar və elmi mərkəzlər yaradılıb. Bu sıraya İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik laboratoriyası, Zəlzələyə davamlılıq üzrə elmi-tədqiqat mərkəzi və digər yeni strukturlar daxildir.

Universitetin elmi potensialının artırılması istiqamətində də sistemli işlər görülür. Son illər xarici ölkələrin alimləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından tanınmış tədqiqatçılar kafedralara cəlb olunub və bu addımlar öz müsbət nəticələrini verir.

Beynəlxalq elmi tanınmanın əsas göstəricilərindən biri “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunan məqalələrin sayıdır. Digər universitetlərlə müqayisədə bizim universitetdə bu göstərici 1,7 təşkil edib. “Scopus” indeksli jurnallarda universitet alimlərinin məqalələrinə edilən istinadlar ötən illə müqayisədə iki dəfə artıb. “Web of Science” indeksli jurnallarda isə bu artım üç dəfə olub. Xüsusilə “Web of Science” dünyanın ən nüfuzlu elmi bazalarından biri hesab olunduğundan bu nəticə universitet üçün mühüm göstəricidir.

Universitet mütəmadi olaraq dünya miqyasında tanınan alimləri əməkdaşlığa dəvət edir. Onlar bizim alimlərlə birgə tədqiqatlar aparır, beynəlxalq seminar və konfranslarda iştirak edirlər. Dəvət olunan alimlər gənclərin elmə cəlb olunmasına da mühüm töhfə verirlər. Onlar gənc alimlərin və doktorantların beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin qurulmasına, xarici laboratoriyalarda staj keçmələrinə, beynəlxalq elmi məqalələrinin hazırlanmasına dəstək göstərirlər. Son üç il ərzində universitetin doktorantları tərəfindən 70-ə yaxın “Scopus” indeksli məqalə çap olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri də birgə elmi layihələrdir. Bu il Azərbaycan–Özbəkistan beynəlxalq elmi layihələri müsabiqəsi elan olunub və ölkə üzrə maliyyələşdirilməsi nəzərdə tutulan beş layihənin hamısında universitetimizin alimləri iştirak edir.

Dünya reytinqlərində universitetlərin qiymətləndirilməsində mühüm göstəricilərdən biri də International Research Network (IRN) – Beynəlxalq Elmi Tədqiqat Şəbəkəsidir. Bu göstərici universitet alimlərinin xarici həmkarları ilə birgə hazırladıqları və “Scopus”, “Web of Science” kimi beynəlxalq bazalarda dərc olunan elmi məqalələrin sayını əks etdirir.

– Universitetin elmi fəaliyyətində prioritet istiqamətlər hansılardır?

– Universitetin prioritet istiqamətləri ilk növbədə onun adında da əks olunan memarlıq və inşaat sahələridir. Burada memarlıq, inşaat mühəndisliyi, mexanika, inşaat konstruksiyaları, ekologiya, su təchizatı və mühəndis qurğuları, risklərin idarə olunması, iqtisadiyyat və biznes istiqamətlərində elmi tədqiqatlar aparılır. Fundamental elmlər sahəsində isə fizika, kimya, riyaziyyat, informasiya texnologiyaları və mexanika mühəndisliyi üzrə güclü elmi məktəblər fəaliyyət göstərir. Yeni yaradılmış İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik laboratoriyası da universitetin müasir elmi prioritetlərini əks etdirir. Laboratoriyaya Stanford Universitetinin dünyanın ən çox istinad olunan alimləri siyahısında yer alan azərbaycanlı alim rəhbərlik edir. Burada kibertəhlükəsizlik, pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar üzrə tədqiqatlar aparılır. Son keçirilən beynəlxalq konfranslarda dron texnologiyalarının tikinti sahəsində tətbiqi ilə bağlı maraqlı layihələr də müzakirə olunub. Universitetdə ictimai elmlər və əcnəbi dillər istiqamətlərində də elmi fəaliyyət davam etdirilir. Ümumilikdə, elmi istiqamətlərin əhatə dairəsi kifayət qədər genişdir.

– Startap və innovasiya layihələri necə dəstəklənir?

– Bu istiqamət üzrə struktur Elm və innovasiya məsələləri üzrə prorektorluq kimi fəaliyyət göstərir. Universitetdə uzun illərdir Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Son illər bu istiqamətdə işlər daha da sürətlənib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tələbələr startap ekosisteminə cəlb olunub, onlar üçün təlimlər təşkil edilib, mentorlarla görüşlər keçirilib, müxtəlif hakaton və müsabiqələrə hazırlıq aparılıb. Hazırda məqsəd bu istiqamətdə müəllim heyətinin də fəallığını artırmaqdır. Çünki onların elmi nəticələri və ixtiraları gələcəkdə uğurlu startaplara çevrilə bilər.

– Universitet qarşısında duran strateji hədəflər hansılardır?

– Strateji məqsəd dünya universitetləri arasında universitetin mövqeyini möhkəmləndirmək, beynəlxalq nüfuzunu artırmaq və rəqabət qabiliyyətini qorumaqdır. Bu istiqamətdə artıq mühüm nəticələr əldə olunub. Son açıqlanan “QS dünya universitetləri reytinqi”ndə universitet əvvəlki mövqeyi ilə müqayisədə 50 pillə irəliləyərək 1000+ qrupundan 900–1000 intervalına yüksəlib. Bu isə universitetin inkişaf tempinin və həyata keçirilən islahatların nəticəsidir. Bu nailiyyət universitetin beynəlxalq aləmdə tanınmasına, akkreditasiya proseslərində üstün mövqeyə malik olmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir. Bunun üçün universitet bir tərəfdən memarlıq, inşaat və mühəndislik kimi ənənəvi güclü istiqamətlərini inkişaf etdirməli, digər tərəfdən isə informasiya texnologiyaları, ekologiya və müasir elmin digər prioritet sahələrində geri qalmamalıdır. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun yeni istiqamətlərin inkişaf etdirilməsi, innovativ yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması universitetin strateji hədəfləri sırasındadır.

Müxbir - Tünzalə Zeyvəliyeva
Videooperatorlar – Mir Rəsul Cəfərov, İlham Nadirov
Prorektor: AzMİU-nun strateji hədəfi dünya universitetləri arasında mövqeyini möhkəmləndirməkdir MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib