Azərbaycan Dövlət İnformasiya Agentliyi

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb YENİLƏNİB VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə iyulun 2-də Mərkəzi Elmi Kitabxanada “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, simpoziumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya elminin tarixində yeni mərhələnin əsasını qoyduğunu söyləyib.

Akademik qeyd edib ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu sahəyə göstərilən dövlət qayğısının və siyasi iradənin bariz ifadəsidir. Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 12-ci Zirvə Görüşündə qəbul olunan Bəyannamədə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

İsa Həbibbəyli bildirib ki, Azərbaycanda türkologiya elmi xüsusilə müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Çıxışında “Türk Dünyası Həftəsi”nin tədbirlərinə də toxunan İsa Həbibbəyli bildirib ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimi türkologiya elminə göstərilən yüksək diqqətin təzahürü olub.

Akademik vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdən biri Birinci Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyası üçün tarixi əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaqdır.

Tədbirdə UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri Öcal Oğuz türkologiyanın yalnız elm sahəsi deyil, Türk dünyasının tarixi yaddaşını, mədəni kimliyini və dil birliyini yaşadan ümumbəşəri dəyər olduğunu vurğulayıb. Öcal Oğuz qədim türk yazılı irsinin nadir nümunələrindən olan Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinin UNESCO-nun 2020-ci il üzrə Yubileylər Proqramına daxil edilməsinin türk dövlətçilik düşüncəsinin və dilimizin ilkin yazılı qatlarının öyrənilməsi baxımından mühüm hadisə olduğunu qeyd edib. O, eyni zamanda, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinin UNESCO çərçivəsində qeyd olunmasını Türk dünyası üçün rəmzi hadisə kimi dəyərləndirib.

Türk dilinin tarixi gücünə toxunan sədr xatırladıb ki, XVI əsrdə Əlişir Nəvai “Mühakimətül-Lüğəteyn” əsəri ilə türk dilinin elmi və estetik üstünlüklərini əsaslandırıb. Nizami Gəncəvi, Yunus Əmrə və digər böyük sənətkarların yaradıcılığı da bu böyük dil ailəsinin müxtəlif qollarının ortaq mədəni zənginliyini nümayiş etdirir.

İdarə Heyətinin sədri vurğulayıb ki, Türk dünyasının güclənməsi yalnız regional miqyasda deyil, qlobal mədəni müxtəlifliyin zənginləşməsi baxımından da əhəmiyyətlidir. Bu prosesin dayaq nöqtələrini isə əsrlər boyu formalaşmış ortaq tarixi yaddaş, ortaq mədəni irs və ortaq dil ailəsi təşkil edir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Fondun əsas missiyası türk xalqlarının ortaq mədəni və mənəvi irsini qorumaq, elmi şəkildə araşdırmaq və bu irsi gələcək nəsillərə ötürməkdən ibarətdir: “Məhz bu baxımdan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusu Fondun məqsədləri ilə tam uzlaşır”.

Aktotı Raimkulova çıxışında xüsusi olaraq Azərbaycan Milli Elmlər Akademiyası ilə son illərdə qurulan səmərəli əməkdaşlıq əlaqələrinə diqqət çəkib. Bildirib ki, bu əməkdaşlıq akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ardıcıl və uğurla inkişaf edir və hər iki tərəf üçün mühüm elmi nəticələr ortaya qoyur.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov bugünkü simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Bakıda “Türk Dünyası Həftəsi”nin təşkili Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar türk xalqları arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır, elmi və mədəni əməkdaşlıq üçün real platformalar yaradır. Müxtəlif coğrafi ərazilərdə yaşayan Türk dünyası ölkələrinin irsi ortaq tarixi yaddaş, dil qatları, dastan və mərasim ənənələri, sənətkarlıq və milli dəyərlər üzərində formalaşıb. Bu istiqamətdə UNESCO çərçivəsində türk dövlətlərinin milli komissiyaları arasında əməkdaşlıq mexanizmləri yaradılıb və “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində türk kimliyini əks etdirən dəyərli nümunələr yer alıb.

Mustafa Şabanov çıxışında Füzuli irsi ilə bağlı diqqətçəkən tapıntıya da toxunub. Bildirib ki, ötən ilin əvvəlində Bakıda təsadüfən aşkar olunan bir əlyazma Məhəmməd Füzulinin türk-Azərbaycan dilində yazdığı 300-dən çox qəzəl və digər poetik nümunələri ehtiva edir. İlkin müşahidələrə əsasən, əlyazma XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid edilir və bəzi mətn fərqlilikləri ilə seçilir. Bu tapıntı barədə AMEA-nın müvafiq qurumlarına məlumat verildiyini, əlyazmanın isə AMEA-da elmi tədqiqata cəlb olunması üçün əldə edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu irsin beynəlxalq əməkdaşlıq çərçivəsində araşdırılması və elmi ictimaiyyətə təqdim edilməsi məqsədəuyğundur. Mustafa Şabanov türkoloqlara və tərəfdaş qurumlara müraciət edərək bu əlyazmanın birgə tədqiqinə, nəticələrin elmi nəşrlər və s. vasitəsilə dövriyyəyə daxil edilməsinə çağırıb.

Tədbirdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Ege Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunun professoru Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Jabbor Eshonqulov, Nevşehir Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilmez və AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər simpozium çərçivəsində aparılan elmi müzakirələrin ortaq türk elmi düşüncəsinin formalaşmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə ediblər.

İyulun 3-dək davam edəcək simpoziumda Azərbaycan və xarici ölkələrdən olan alimlər türkoloji folklorşünaslığın nəzəri və praktik məsələlərini, eləcə də türk xalqlarının ortaq mədəni irsinin qorunması və öyrənilməsi istiqamətlərini müzakirə edəcəklər.

Müxbir – Tünzalə Zeyvəliyeva
Fotoqraf – Tofiq Babayev
Videooperator – Vüsal Tağıyev
VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi