Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: Otuz ildən sonra doğma torpağımızın təmiz havasını udmaq ömrümün ən gözəl mükafatıdır VİDEO

Xocalı, 3 iyul, AZƏRTAC

Bəzən bir insanın ən böyük arzusu nə var-dövlət, nə də şöhrət olur. İnsan üçün ən ülvi, ən əlçatmaz istək doğulduğu torpağa qayıdıb, öz evində, öz ocağında yaşamaq, ömrünün qalan hissəsini ata-baba yurdunda tamamlamaqdır. Bu gün dövlətimizin qüdrəti sayəsində həmin müqəddəs arzunu gerçəyə çevirən minlərlə soydaşımızdan biri də Xocalı rayon sakini Şirinov Hikmət Rasim oğludur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1967-ci ildə Xocalıda dünyaya göz açan Hikmət Şirinov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, gənc yaşlarından doğma torpaqlarının müdafiəsi uğrunda döyüşlərə qatılıb, Xocalı faciəsinin ağrı-acısını yaxından yaşayıb. Doğma yurdunun işğalı ilə o da minlərlə azərbaycanlı kimi məcburi köçkün həyatının ağır yükünü çiyinlərində daşımağa məcbur olub.

Uzun illər Bakının Pirşağı qəsəbəsindəki "Qızıl qum" sanatoriyasında müvəqqəti məskunlaşan Hikmət Şirinov ailəsi ilə birlikdə dözülməz şəraitdə yaşasa da, qayıdış ümidini heç vaxt itirməyib, doğma torpaqlarına qovuşacağı günü səbirlə gözləyib.

Məcburi köçkünlük həsrətindən Təzəbinə kəndindəki yeni ocağa

Müzəffər Ordumuzun tarixi Zəfəri və Xocalının tamamilə nəzarətə götürülməsi ilə Hikmət kişinin otuz ildən artıq qəlbində bəslədiyi o böyük həsrət də sona çatdı. Dövlət tərəfindən həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində, təxminən bir il əvvəl Hikmət Şirinov ailəsi ilə birlikdə Xocalı rayonunun yenidən qurulan Təzəbinə kəndinə köçərək, öz doğma yurduna əbədi olaraq qovuşub.

Müasir şəhərsalma standartları ilə bərpa edilən Təzəbinə kəndində Şirinovlar ailəsi də daxil olmaqla, onlarla sakin yeni mənzillərlə təmin edilib. Altı nəfərlik bu ailə üçün xüsusi dizaynla bərpa edilmiş dördotaqlı, hər bir kommunal şəraiti olan geniş mənzil onların həyatında yeni və işıqlı bir səhifənin başlanğıcı olub.

İllərlə qəlbdə yaşadılan Vətən sevgisi artıq müvəqqəti sığınacaqlarda deyil, doğma elin havasında, suyunda və torpağında öz əksini tapır. Hikmət Şirinov hazırda doğma kəndində dövlətin yaratdığı imkanlardan bəhrələnərək kiçik təsərrüfatla məşğul olur, öz halal zəhməti ilə ailəsinin rifahına, kəndin iqtisadi dirçəlişinə töhfə verir.

“Nəvələrimin Xocalı torpağında böyüməsi mənim üçün ən böyük Zəfərdir”

Doğma kəndində keçirdiyi hər anın qədrini bilən Hikmət Şirinov AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı sevinc göz yaşlarını gizlədə bilməyib: “Məcburi köçkünlük dövründə keçirdiyimiz günlər bir film kimi gözümün önündən keçir. Sanatoriya otaqlarında hər gecə Xocalını yuxumda görürdüm. Allaha çox şükür edirəm ki, bizə bu günləri yaşatdı. Bu gün öz kəndimdə yaşamaq, hər səhər pəncərəni açıb Xocalının təmiz havasını udmaq, doğma torpaqda oyanmaq illərlə çəkdiyimiz o ağır həsrətin ən gözəl mükafatıdır. Nəvələrimin Xocalı torpağında böyüməsi mənim üçün ən böyük Zəfərdir.

Dövlətimiz bizə hər bir şəraiti yaradıb, evimiz geniş və rahatdır. İndi məqsədim təsərrüfatımı böyütmək, bu torpaqları yenidən canlandırmaqdır. Biz bura qonaq gəlməmişik, biz bura evimizə, əbədi olaraq qayıtmışıq. Bizə bu xoşbəxtliyi bəxş edən Prezidentimiz İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə ömür boyu minnətdarıq”.

Qarabağın dirçəliş salnaməsi

Bu qayıdış təkcə bir ailənin sevinc hekayəsi deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra doğma yurd-yuvalarına dönən insanların qələbə, ümid və yenidənqurma salnaməsinin parlaq mücəssəməsidir. Xankəndi, Ağdərə və Xocalıda reallaşdırılan irimiqyaslı infrastruktur layihələri, bərpa-tikinti işləri bu torpaqların əbədi sahiblərinin qayıdışının bir göstəricisidir.

Hər bərpa olunan ev, hər yanan yeni ocaq, küçələrdən ucalan hər uşaq səsi Qarabağın və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini, erməni vandalizminin izlərinin silindiyini bütün dünyaya nümayiş etdirir. Hikmət Şirinovun keçdiyi həyat yolu bir daha sübut edir ki, xalqımızın Vətənə bağlılığı, torpaq sevgisi heç zaman tükənmir və sarsılmır. İllərlə davam edən həsrət, səbir və sarsılmaz inamın sonunda doğma torpağa qayıdış ən böyük zəfər, ən dəyərli uğurdur.

Bu gün Xocalıda yenidən dinc həyat var, yenidən gələcəyə böyük ümid var və ən əsası, öz tarixi yurduna başıuca, qalib xalqın nümayəndəsi kimi qayıdan insanların çöhrəsində sonsuz qürur və qələbənin sevinci var.

Müxbir - Tahir Ağaməmmədov

Xocalı sakini: Otuz ildən sonra doğma torpağımızın təmiz havasını udmaq ömrümün ən gözəl mükafatıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb