Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.