“Keşikçidağ” qoruğunda məktəblilər üçün növbəti maarifləndirici aksiya VİDEO
Ağstafa, 10 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisinə ekskursiya təşkil edilib. Maarifləndirici tədbirdə Ağstafa Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin "Ekologiya dərnəyi"nin şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Mənim ilk arxeoloji tapıntım" adlı ekskursiyanın əsas məqsədi uşaqlarda Azərbaycanın zəngin tarixi və mədəni irsinə marağın artırılmasıdır. Həmçinin məktəblilərdə arxeologiya elmi haqqında ilkin biliklərin formalaşdırılması, qədim yaşayış məskənləri və kurqan abidələrinin elmi əhəmiyyəti barədə məlumatlandırılması məqsəd tutulub.
Müxbir -Ruslan Novruzoğlu