Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz beşdən çox ölkənin dövlət başçısı qarşısında Azərbaycan tarını səsləndirən Sadiq Namazov - MÜSAHİBƏ VİDEO

Otuz beşdən çox ölkənin dövlət başçısı qarşısında Azərbaycan tarını səsləndirən Sadiq Namazov - MÜSAHİBƏ VİDEO

Astana, 26 iyul, AZƏRTAC

Qazaxıstanda Azərbaycan musiqisinin və milli mədəniyyətinin təbliğinə uzun illərdir töhfə verən tarzən Sadiq Namazov bu ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir. Onun ifasında tar Azərbaycan musiqisini və zəngin mədəni irsimizi tanıdan vasitəyə çevrilib. Sadiq Namazov AZƏRTAC-a müsahibəsində sənət yolundan, Qazaxıstandakı fəaliyyətindən, Azərbaycan tarının beynəlxalq tədbirlərdə doğurduğu maraqdan və musiqinin xalqlar arasında mənəvi körpü rolundan danışıb.

– Sadiq müəllim, musiqi ilə məşğul olmağa nə vaxt başlamısınız və Qazaxıstana gəlişiniz necə baş verib?

– Musiqi ilə dörd yaşımdan məşğul olmağa başladım. Altı yaşımda Bərdədəki musiqi məktəbinin hazırlıq sinfinə qəbul oldum, daha sonra tar ixtisası üzrə təhsil aldım. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsilimi davam etdirdim.

2004-cü ildə Qazaxıstandakı Azərbaycan icmasının nümayəndələri məni Astanaya dəvət etdilər. Əvvəlcə burada cəmi üç ay qalmağı planlaşdırırdım. Lakin qısa müddətdə müxtəlif tədbirlərə dəvət aldım, çoxlu insanlarla tanış oldum. Qarşıdakı aylarda keçiriləcək proqramlarda iştirak etməyimi istəyirdilər. Hər dəfə düşünürdüm ki, daha bir tədbiri başa vurub Azərbaycana qayıdacağam. Beləcə, üç ay müddətinə gəldiyim Qazaxıstanda qaldım.

– Astanada musiqi fəaliyyətinizi necə qurdunuz və qısa müddətdə necə tanındınız?

– Mən Astanaya gələndə şəhərdə geniş quruculuq işləri aparılırdı. Burada yaşayan azərbaycanlılar, qazaxlar, türklər, özbəklər, qırğızlar, türkmənlər və digər xalqların nümayəndələri arasında canlı ifa olunan milli musiqiyə böyük tələbat var idi.

İlk çıxışlarımdan sonra müxtəlif etnomədəni birliklər məni tədbirlərinə dəvət etməyə başladılar. Milli bayramlarda, mədəniyyət günlərində, konsertlərdə və digər mərasimlərdə iştirak edirdim.

Sonra ansambl yaratdım və musiqiçiləri bir araya gətirdim. Azərbaycan musiqisi ilə yanaşı, Qazaxıstanda yaşayan digər xalqların mahnılarını və milli musiqi ənənələrini də öyrənirdim. Onların tanınmış əsərlərini Azərbaycan tarında ifa etməyim böyük maraqla qarşılanırdı.

Türk, özbək, qırğız və türkmən icmalarının nümayəndələrindən xalqlarının məşhur mahnıları, toy və bayram musiqiləri haqqında məlumat alırdım. Sonra həmin əsərləri öyrənib onların tədbirlərində ifa edirdim. Bu fəaliyyət sayəsində məni televiziya proqramlarına, böyük konsertlərə, ictimai və dövlət tədbirlərinə dəvət etməyə başladılar.

– “Xəzər” Etnomədəni Birliyində və Assambleyada fəaliyyətiniz nədən ibarət olub?

– Hazırda Astanada fəaliyyət göstərən “Xəzər” Etnomədəni Birliyinin sədr müaviniyəm. Birliyin keçirdiyi tədbirlərin bədii hissəsinin hazırlanmasında, Azərbaycan musiqisinin, milli alətlərimizin, adət-ənənələrimizin və mədəni irsimizin təbliğində iştirak edirəm.

“Xəzər” Astanada yaşayan azərbaycanlıları bir araya gətirən, milli mədəniyyətimizi, dilimizi və kimliyimizi qoruyan mühüm təşkilatdır.

Qazaxıstana gəldiyim ilk illərdən etibarən ovaxtkı Qazaxıstan Xalqları Assambleyasının tədbirlərində fəal iştirak edirdim. 2004-2017-ci illərdə isə Assambleyanın mədəniyyət üzrə vitse-prezidenti vəzifəsində çalışdım.

Assambleya çərçivəsində müxtəlif etnomədəni birliklərin nümayəndələri ilə əməkdaşlıq edir, onların musiqisini, adət-ənənələrini və milli bayramlarını öyrənirdim. Türk xalqlarının mədəniyyətinə uyğun konsert proqramlarının hazırlanmasına kömək göstərirdim.

Fəaliyyətim nəzərə alınaraq mədəni tədbirlərin hazırlanması və təşkili ilə bağlı məsul vəzifələr mənə həvalə olundu. Bundan sonra dövlət səviyyəli mərasimlərdə, rəsmi qəbullarda və beynəlxalq konsert proqramlarında iştirakım daha da genişləndi.

– Dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən hansı tədbirlərdə Azərbaycan musiqisini təqdim etmisiniz?

– Qazaxıstanda yaşadığım illər ərzində müxtəlif ölkələrin dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən çoxsaylı tədbirlərdə çıxış etdim.

Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində təşkil olunan sammitlərdə, dövlət səfərləri zamanı keçirilən rəsmi qəbullarda və konsert proqramlarında Azərbaycan musiqisini təqdim edirdim.

Müxtəlif illərdə keçirilən bütün bu tədbirləri birlikdə hesabladıqda, 35-dən çox ölkənin dövlət başçısı qarşısında çıxış etmişəm. Söhbət Qazaxıstandakı fəaliyyətim dövründə ayrı-ayrı sammitlərdə və rəsmi səfərlərdə iştirak edən ölkə rəhbərlərinin ümumi sayından gedir.

Konsert proqramlarında Azərbaycan musiqisi həmişə əsas yer tuturdu. Bununla yanaşı, Qazaxıstana hansı ölkənin dövlət başçısı gəlirdisə, həmin ölkənin məşhur musiqi əsərlərindən birini Azərbaycan tarında ifa edirdim. Bu, xarici qonaqların böyük marağına səbəb olurdu. Onlar tarın tarixi, özünəməxsus səslənməsi və ifa imkanları ilə maraqlanırdılar. Beləliklə, başqa xalqların musiqisini səsləndirməklə yanaşı, Azərbaycan tarını və musiqi mədəniyyətimizi də təqdim edirdim.

Qazaxıstan rəhbərliyinin dəstəyi ilə həyata keçirilən Azərbaycan - Qazaxıstan dostluq layihələrində iştirak etməyi həyatımın mühüm hadisələrindən biri sayıram. Dövlət başçılarının görüşləri çərçivəsində təşkil olunan rəsmi konsertlərin hazırlanmasında iştirak etməyim və bəzi proqramların musiqi hissəsinin mənə həvalə olunması böyük etimad idi.

Mən hər zaman inanıram ki, siyasət dövlətləri yaxınlaşdırır, mədəniyyət isə xalqları qardaş edir. Səhnəyə çıxanda özümü yalnız Sadiq Namazov kimi hiss etmirəm. Həmin an Azərbaycanı, onun musiqisini və mədəniyyətini təmsil edirəm.

– Tardan başqa hansı musiqi alətlərində ifa edirsiniz və digər türk xalqlarının musiqisini necə öyrənmisiniz?

– Mənim əsas ixtisasım tar ifaçılığıdır. Bununla yanaşı, saz, ud, gitara, türk sazı, özbək dutoru və digər simli alətlərdə ifa edirəm.

Bu alətlərin bir qismini Qazaxıstanda öyrəndim. Müxtəlif xalqların tədbirlərinə dəvət olunanda onların milli musiqisini layiqincə təqdim etmək lazım gəlirdi. Mən həmin xalqların əsərlərini araşdırır, milli musiqi alətlərində ifa etməyi öyrənir və melodiyalarını səsləndirirdim.

Musiqi xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Bir xalqın musiqisini başqa xalqın milli alətində səsləndirəndə yeni və maraqlı ifa ortaya çıxır.

Bu gün Qazaxıstanın tanınan sənətçilərinin Azərbaycan bəstəkarlarının əsərlərini öyrənməsi, Azərbaycan dilində mahnılar ifa etməsi və həmin əsərləri konsert proqramlarına daxil etməsi məni çox sevindirir. Bu, artıq yalnız musiqi hadisəsi deyil, xalqlar arasında qurulan mənəvi körpüdür. Musiqinin dili yoxdur, amma onun insanları birləşdirən ürəyi var.

– Ailəniz və Azərbaycanla bağlı arzularınız haqqında nə deyə bilərsiniz?

– Mən 2013-cü ildə ailə qurdum. İki övladım var - bir oğlum və bir qızım. Hər ikisi musiqi ilə məşğul olur, fortepianoda ifa edir, müxtəlif festival və müsabiqələrdə uğurlar qazanırlar. Eyni zamanda, idmanla məşğul olurlar.

        

Mən onların mütləq musiqiçi olmasını tələb etmirəm. Hansı peşəni seçmələrindən asılı olmayaraq, əsas arzum düzgün yolda olmaları, xalqa və dövlətə yararlı insanlar kimi yetişmələridir.

– Azərbaycan sizin üçün nə deməkdir və xaricdə yaşayan soydaşlarımıza hansı mesajı vermək istərdiniz?

– Azərbaycan mənim Vətənim, qanım və canımdır. Qarabağ uğrunda döyüşlərdə mənim yaxınlarım da iştirak ediblər. Şəhid olan doğmalarım var. Ümumiyyətlə, torpaqlarımızı qoruyan hər bir şəhid və qazi mənim üçün əzizdir.

Azərbaycanın bugünkü uğurlarının arxasında şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti, xalqımızın birliyi və dövlətimizin gücü dayanır. Dövlət bayrağımızın Qarabağda dalğalanması hər bir azərbaycanlı üçün böyük qürurdur.

Musiqiçi kimi yetişməyimdə valideynlərimin böyük əməyi olub. Vətənə və milli mədəniyyətə sevgini də ilk növbədə ailəmdən öyrəndim.

Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanı, ana dilimizi, musiqimizi, mədəniyyətimizi və milli kimliyimizi qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.

Ömrümün sonunadək Azərbaycan musiqisini yaşatmağa, mədəniyyətimizi tanıtmağa və ölkəmizin adını uca tutmağa çalışacağam. Bu, mənim üçün yalnız peşə deyil, həyat missiyasıdır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Otuz beşdən çox ölkənin dövlət başçısı qarşısında Azərbaycan tarını səsləndirən Sadiq Namazov - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr