Azərbaycan Dövlət İnformasiya Agentliyi

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

Kəlbəcər, 12 avqust, AZƏRTAC

Uca dağların qoynunda mənzərəsi insanı valeh edən sonsuz yaşıl yamaclar... Bulaqların buz kimi suyu, dağ çiçəklərinin xoş ətri və axşamüstü örüşdən alaçıqlara sarı qayıdan sürülərin ayaq səsləri... Gün yavaş-yavaş dağların arxasına çəkilir, yamaclar kölgəyə bürünür, alaçıqların ətrafında günün son işləri görülür. Qoyunların mələşməsi, çoban itlərinin hürüşməsi, analarını görən kimi onlara tərəf qaçan quzuların səsi və alaçıqlardan burula-burula qalxan tüstülər yaylaq axşamının özünəməxsus mənzərəsini tamamlayır.

AZƏRTAC-ın bölgə müxbiri Kəlbəcər yaylaqlarında olub, maldarların zəhmət dolu həyatını qələmə alıb. Onun hazırladığı reportajı təqdim edirik.

Avtomobilimiz Kəlbəcər yaylaqları ilə irəlilədikcə yolboyu dağların döşünə səpələnmiş alaçıqları, al-əlvan çiçəklərlə örtülü çəmənlərdə otlayan sürüləri, başı sis-dumanlı uca dağları seyr edirəm. Avqust ayı olsa da, yüksəkliklərdə hələ də əriməyən qar və buzlaqlar görünür. Bu mənzərələrə baxdıqca Kəlbəcər yaylaqlarının özünəməxsus gözəlliyinə bir daha heyran qalıram.

Yol bizi İstisu istiqamətindən daha yüksəklərə - Taxtadüzü və Sultan Heydər yaylaqlarına aparır. Dağların döşündə bir-birindən aralı görünən alaçıqlara yaxınlaşdıqca yaylaq həyatının başqa mənzərələri də üzə çıxır. Bir yanda qoyun sürüləri, digər tərəfdə at belində çoban, uzaqda isə dağ yamacları ilə uzanıb gedən yollar...

Taxtadüzü yaylağından keçərkən illər əvvəl Ağcabədidə çəkdiyim “Çoban Kəklik” kimi tanınan Kəklik Əhmədovanı görürəm. Avtomobili saxlayıb görüşürük, hal-əhval tuturuq. Bizi samovar çayına dəvət edir. Alaçığın yanında samovar qaynayır. Dağ havasına ocaq tüstüsü və kəklikotunun xoş ətri qarışır. Çay içə-içə xeyli söhbət edirik. Kəklik xala Kəlbəcər yaylaqlarındakı gündəlik həyatından danışır. Qoyunlarından, mal-qarasından, atından, dağların təbiətindən söz açır. Danışdıqca onun bu yerlərə bağlılığı daha aydın hiss olunur.

Bir az sonra sürü alaçıqlar olan yerə gəlir. Qoyunların, quzuların mələşməsi, itlərin hürüşməsi yaylağın axşam sakitliyinə qarışır. Kəklik xala bizi gecəni alaçıqda keçirməyə dəvət edir. Beləcə, Kəlbəcər yaylağında təsadüfi bir qarşılaşma bizi bir gecəlik də olsa bu həyatın bir parçasına çevirir.

Qaranlıq düşür, Ayın işığı ətrafı işıqlandırır. Alaçıqda isə yer salınır, artıq yatmaq vaxtıdır. Çoban itləri isə hər zamankı kimi oyaqdır, sürünün keşiyini çəkir.

Səhər açılan kimi alaçıqda həyat yenidən canlanır. Samovar qalanır, kəklikotulu çay dəmlənir. Kəklik xala ocaq qalayıb sacda yuxa bişirir. Dağların qoynunda sadə, amma çox ləzzətli səhər yeməyinə qonaq oluruq. Kəklik xala toyuqlara dən verir, inəyi sağır, çoban isə qoyunları otarmağa aparır.

Yaşı 70-i keçsə də, Kəklik xala atı minir və qoyunların otarıldığı əraziyə gedir. O yaşda gözəl at çapır. Cavanlıqda da, Kəlbəcər işğal olunmazdan əvvəl də hər zaman qoyunlarını yaylaqlara aparıb. Uşaqlığı, gəncliyi at belində keçib, elə indi də at çapır. Dağların döşündə, qoyunların otarıldığı yerdə söhbətləşirik.

“Bu dağlar çox gözəldir. Güllü-çiçəkli. Havası gözəl, suyu gözəl... Qoyunlar bura gələndə çox yaxşı olur. Buralar çox gözəldir. Buranın təbiətini çox sevirəm. Mənə əbəs yerə dağlar qızı demirlər ki...”, - deyən Kəklik xala gülümsəyir.

Danışdıqca ətrafdakı mənzərələr də sanki onun sözlərini tamamlayır. O isə yaylaq həyatından danışmaqdan doymur: “Yaylaq həyatı çox gözəldir. Nə qədər danışsan, qurtarmaz. Heyvandarlıq üçün ən gözəl yerdir. Günümüz burada çox xoş keçir. Uşaqlığımız bu dağlarda keçib”.

Kəklik xala bu il yaylağa 200 baş qoyunla gəlib. Beş baş mal-qarası, atı, toyuq-cücəsi də var. Onun sözlərinə görə, Kəlbəcər yaylaqları heyvanlar üçün çox əlverişlidir: “Qoyunlara bura çox yaxşıdır. Çünki qoyunlar burada sağlam, gümrah olur, xəstələnmir, kökəlirlər”.

“Dağlar qızı”nın həyatında atın xüsusi yeri var. Atını çox sevdiyini söyləyir və “72 yaşım var, at minirəm, çapıram. At mənim yoldaşımdır, dayağımdır”, - deyir.

Kəklik Əhmədova Kəlbəcər yaylaqlarına ilk gələn fermerlərdəndir. 2022-ci ildən bu yaylaqlara gəlir. İyun ayında yaylağa qalxır, avqustun sonuna qədər burada qalır.

Kəlbəcərin yaylaqları təkcə geniş örüşləri ilə deyil, zəngin bitki örtüyü ilə də seçilir. Yolboyu gördüyümüz al-əlvan çiçəklər, yamaclarda bitən müxtəlif otlar bu təbiətin zənginliyindən xəbər verir.

Bu yerlərin təbiətinin insan sağlamlığı üçün min bir nemət olduğunu vurğulayan Kəklik xala yerli otlardan ağızdolusu danışır: “Bu dağların insan sağlamlığı üçün də böyük əhəmiyyəti var. Kəklikotu yığırıq, çay dəmləyirik, pay veririk. Qırxbuğum, şomu yığırıq, kətə bişiririk. İnsan üçün xeyirli çiçəklər, otlar var. Mixəkotunu, sancıçiçəyini dəmləyib içirik. Dağ bitkiləri heyvanlar üçün də çox yaxşıdır, həm kökəlir, sağlam olur, həm də bala verməsi yaxşılaşır”.

Söhbətimizin sonunda isə o, illər sonra yenidən doğma dağlara qayıtmağın sevincini bölüşərək deyir: “Allaha şükür edirəm ki, neçə illər həsrət qaldığımız dağlara yenidən gəlmişik”.

Kəklik xala yenidən atına minir. Qoyun sürüsü yamacboyu asta-asta irəliləyir. Küləyin gətirdiyi çiçək ətri, eşidilən qoyun-quzu mələşməsi və atın ayaq səsləri bu mənzərəyə xüsusi ahəng qatır.

Bu yaylaqlarda həyat sadə, zəhmətli, amma özünəməxsus gözəldir. Burada hər günün öz mənzərəsi var. Kəklik Əhmədova üçün isə bu dağlar sadəcə yaylaq deyil. Bura onun uşaqlığının, gəncliyinin keçdiyi, illərlə həsrətini çəkdiyi doğma yurddur. “Dağlar qızı” indi yenidən həmin dağlardadır – qoyunlarının, atının və alaçığının yanında. 

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO