Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Gəncə, 3 sentyabr, AZƏRTAC

Övladı narahatlıq keçirən valideyn üçün həmin an dünyada ən vacib məsələ yalnız onun sağalmasıdır. Belə məqamlarda valideynin ümidlə üz tutduğu ünvan uşaq həkimidir. Bu sahə yalnız tibbi bilik deyil, həm də böyük səbir, məsuliyyət və balaca xəstənin ağrısını özününkü kimi hiss etməyi tələb edir.

Gəncə səhiyyəsində artıq 46 ildir uşaqların sağlamlığının keşiyində dayanan Rizvan Əsgərov da ömrünün böyük hissəsini məhz bu məsuliyyətli sənətə həsr edib. AZƏRTAC-ın bölgə müxbiri təcrübəli həkimlə onun yarıməsrlik əmək yolu, ötən illərlə modern tibb arasındakı fərqlər barədə söhbət edib, eləcə də fəaliyyəti dövründə qarşılaşdığı yaddaqalan məqamlara nəzər salıb.

Rizvan Əsgərov 1974-cü ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1980-ci ildə ali təhsilini pediatr ixtisası üzrə başa vurduqdan sonra əmək fəaliyyətinə Göygöl rayonunda başlayıb. 1980–1989-cu illərdə burada çalışan gənc mütəxəssis təcrübəli həmkarlarından çox şey öyrənərək özünü peşəkar kimi formalaşdırıb.

1989-cu ildən fəaliyyətini Gəncə şəhərində davam etdirən mütəxəssis 1992-ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinə rəhbərlik edir. Onun tibb yolunun başlanğıcı isə məktəb illərinə gedib çıxır.

“8-ci sinifdən sonra müəllimimin dəstəyi ilə məndə bu sahəyə həvəs yarandı. Ondan əvvəl ömrümü bu peşəyə bağlayacağımı heç təsəvvür etməzdim. 1974-cü ildə tələbə adını qazandım, 1980-ci ildə isə universiteti uğurla bitirdim”, – deyən təcrübəli həkim vurğulayır ki, bu yolu seçən şəxs ömrünü bütünlüklə ona həsr etməlidir.

İlk pasiyentləri Göygöl rayonunda qəbul edib. Onun üçün hər müraciət həm məsuliyyət, həm də yeni təcrübə demək idi. Təcrübəli həkimlərin yanında çalışmaqla peşəsinin incəliklərini mənimsəyən Rizvan Əsgərov qısa müddətdə öz dəst-xəttini müəyyənləşdirib.

46 illik iş dövründə müxtəlif narahatlıqları olan uşaqları müalicə edib. Bəzən elə nadir hallara rast gəlib ki, həmin uşaqlar sonradan da onun yaddaşında qalıb. “Xüsusilə, nadir patologiyaları olan uşaqlar hər zaman yadda qalır. Vaxtında düzgün diaqnoz qoyduğum hallar az olmayıb. O dövrdə göndərişlə postsovet ölkələrində müalicə alıb qayıdan və mənə təşəkkür edən valideynlər çox olub. Vaxtında qoyulan dəqiq diaqnoza görə minnətdarlıq eşitmək mənim üçün böyük sevincdir”, – deyə o bildirir.

Rizvan Əsgərov işə başladığı illərlə bugünkü tibb arasında müqayisə aparmağın çətin olduğunu deyir: “Fəaliyyətə başladığım dövrlə indiki arasında dağlar qədər fərq var. Əvvəllər müalicə imkanlarımız çox məhdud idi. Düzgün diaqnoz təyin etmək çətin olurdu, çox əziyyət çəkirdik, bəzən terapiya da effekt vermirdi. Bu gün isə səhiyyəmizdə modern müayinə və müalicə avadanlıqları mövcuddur. Mütəxəssis diaqnoz təyin etməkdə əvvəlki kimi çətinlik çəkmir. İndi gənc kadrlarımız müasir metodlardan və texnikadan istifadə etməklə ən ağır halların öhdəsindən gələ bilirlər”.

İllər, onilliklər dəyişsə də, dəyişməyən bir şey var: mütəxəssisin üzərinə düşən məsuliyyət. Pediatrın fikrincə, uşağı sağaltmaq yalnız tibbi prosedurları yerinə yetirməkdən ibarət deyil. Bəzən bütün gecəni pasiyentin yanında keçirməli, vəziyyətində baş verən hər bir dəyişikliyi izləməlisən. O, el arasında formalaşmış bir deyimi də xatırladır: “Əgər xəstə həkimin yanından çıxanda özünü 30-40 faiz sağalmış hiss etmirsə, deməli, o təbib yerində deyil”.

Rizvan Əsgərov üçün bu sahə həm də daim öyrənmək, yenilənmək və zamanla ayaqlaşmaq deməkdir. O, müasir imkanların iş prosesini xeyli asanlaşdırdığını qeyd etməklə yanaşı, peşəyə vicdanlı yanaşmanın dəyişməz qaldığını vurğulayır. Bu gün də fəaliyyətini davam etdirən qocaman pediatr səhiyyə işçilərinin əməyinin dövlət tərəfindən qiymətləndirilməsini də xüsusi qeyd edir. Sentyabrın 2-də TƏBİB-in tabeliyində çalışan həkimlərlə bağlı qərarı, əməkhaqqı artımlarını mühüm addım kimi dəyərləndirir: “Çox böyük işdir. Bu gərgin əməyi qiymətləndirdiklərinə görə əvvəlcə Prezident İlham Əliyevə və bu işin təşəbbüsçüsü olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bu addım kollektivimizin daha həvəslə çalışması üçün stimul olacaq”.

Onun sözlərinə görə, həyata keçirilən hərtərəfli islahatlar bir daha təsdiqləyir ki, Azərbaycan dövləti həm vətəndaşların sağlamlığının etibarlı qorunmasını, həm də gecə-gündüz fədakarlıqla çalışan tibb işçilərinin layiqincə qiymətləndirilməsini özünün başlıca vəzifələrindən biri hesab edir.

46 illik əmək yolunda Rizvan Əsgərovun həyatında ailəsinin də xüsusi yeri var. O, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu zamanı diplomatik nünayəndəliyimizin şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atasıdır. Bu fakt onun həyat hekayəsinə tamam başqa bir məna qatır: bir tərəfdə illər boyu uşaqların həyatını xilas edən təbib, digər tərəfdə isə səfirliyimizin təhlükəsizliyi naminə canından keçən oğul.

Söhbətimizin sonunda qocaman pediatr bu günün uşaqlarını və onların valideynlərini düşündürən məsələyə də toxunur. Onun fikrincə, uşaqların sağlam böyüməsində böyüklərin nəzarəti mühüm rol oynayır. “Valideynlərə tövsiyəm odur ki, övladlarını smartfon və digər zərərli texnologiyalardan maksimum uzaq tutsunlar”, - deyə əlavə edir.

Bu gün də Gəncədə uşaqların sağlamlığı naminə çalışan, 46 illik peşə təcrübəsinə malik Rizvan həkimin həyat yolu göstərir ki, bəzi peşələr sadəcə vəzifə deyil, ömrün mənasına çevrilir. Belə bir ömrün ən böyük qazancı isə illər sonra qarşılaşdığın sağalmış uşağın təbəssümü, valideynin minnətdarlığı və “sizin sayənizdə” sözləridir...

Müxbir - Elcan Məmmədov

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram