Kənd təsərrüfatı nazirinin müavini təsdiqlənən yeni dövlət dəstəyi mexanizmlərini şərh edib – EKSKLÜZİV VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda bir sahələr prioritet istiqamət müəyyən edilib. Bu istiqamətlər üzrə fəaliyyətə başlanılıb.
Bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib.
Nazir müavininin sözlərinə görə, ilkin olaraq fermerlərin, iş adamlarının, emal müəssisələrinin dəstəklənməsi, dövlət güzəştlərindən yararlanması məqsədilə xüsusi subsidiya mexanizmləri hazırlanıb.
“Subsidiya mexanizmləri bir sıra istiqamətləri əhatə edir. 2026-cı ilə qədər kənd təsərrüfatında əsasən bitkiçilik üstünlük təşkil edirdisə, artıq heyvandarlıq sahəsində də subsidiya mexanizmlərinin tətbiq olunmasına başlanılıb”, - deyə nazir müavini əlavə edib.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladıqları videoreportajdan məlumat ala bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [17:42]
Qobustanda daha bir körpünün inşası başa çatıb
- 07.09.2026 [17:32]
Azərbaycanın “Qlobal Dəniz Külək Alyansı”na qoşulması təklif olunub
- 07.09.2026 [17:30]
Azərbaycanda noutbuk istehsalı 46 faiz azalıb – QRAFİK
- 07.09.2026 [17:29]
Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb
- 07.09.2026 [17:21]
bp bərpaolunan enerji üzrə yeni proqram elan edəcək
- 07.09.2026 [16:16]
Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb
- 07.09.2026 [16:14]
Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb
- 07.09.2026 [15:50]