Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Cənub Qaz Dəhlizi təkcə Azərbaycan və Türkiyənin deyil, bu böyük və geniş coğrafiyanın enerji təhlükəsizliyinə iki ölkənin iştirakı ilə verilən çox böyük töhfədir.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlərin böyük həcmdə tamamlandığını deyən nazir qeyd edib ki, hazırkı mərhələdə iki ölkə arasında böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönəlmiş məsələlər üzərində çox koordinasiyalı şəkildə işlər həyata keçirilir.
Müxbir - Elmir Səftərov
Fotoqraf - Tofiq Babayev
Operator - Mirrəsul Cəfərov