Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Rəqəmsal bağlantı regional əməkdaşlıq üçün mühüm istiqamətdir. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda deyib.
Nazirin sözlərinə görə, bu xətt Avropa ilə Asiya arasında yüksəktutumlu yeni bağlantı yaradacaq.
Mikayıl Cabbarov Cənubi Qafqaz və Mərkəzi Asiyanın münasibətlərində ortaq gələcək perspektivinin xüsusilə aydın göründüyünü qeyd edib: “Biz uzun illərdir bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Qeyd etdiyim kimi, siyasi ölçü 2025-ci ilin noyabrında Daşkənddə daha da dərinləşdi. Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakçı oldu və bununla Mərkəzi Asiyadan kənar ilk ölkəyə çevrildi”.