54 NASOS STANSİYASI İŞLƏYİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Biləsuvarda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq pambıqçılığın intensiv inkişafına xüsusi fikir verilir. Ötən illə müqayisədə əkin sahələri 700 hektar artırılaraq 10 min 800 hektara çatdırılmışdır. Plantasiyalar aqrotexniki tələblərə uyğun becərilir. Sifarişçi emal müəssisələri olan “ÇTS AQRO” Məhdud Məsuliyyətli və “Biləsuvar-Pambıq” Açıq Tipli Səhmdar cəmiyyətləri sahibkarlara vaxtında zəruri maddi-texniki yardım göstərirlər.
Rayonda 40 min hektara yaxın əkin sahəsi mexaniki üsulla suvarılır. Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli bölmələri 54 nasosu işə salmışlar. Qısa müddətdə 7 min hektara yaxın sahə suvarılmışdır.
Bu il biləsuvarlılar hər hektardan 22-24 sentner məhsul götürəcəklərini proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]