Prezident İlham Əliyev İSESKO-nun baş direktorunu qəbul etmişdir VİDEO
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İSESKO arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.