Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edibVİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

Prezident İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, mən bütün qonaqlarımızı Azərbaycanda salamlamaq istərdim. Gənclər siyasəti ilə bağlı ölkəmizdə keçirilən ilk qlobal forum bizim üçün çox vacib tədbirdir. Bu qədər çox ölkənin nümayəndələrini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Əminəm ki, ölkəmizdə keçirəcəyiniz vaxt sizin xatirənizdə qalacaq. Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox digər forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir.

Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi demək olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.

Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.

Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir.

Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar.

Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fərəhlənirik ki, Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6 mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq.

Biz 2016-cı ildə Dünya Şahmat Olimpiadasını keçirəcəyik. Şahmat komandamızın uğurlarından da hamımız fərəhlənirik. Yeri gəlmişkən deyim ki, bu komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Görürsünüz ki, qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini əvəzləyəcək. Əslində, bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Biz nadir ölkələrdən biriyik ki, hazırda həm Nazirlər Komitəsində sədrlik etdiyimiz Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz 2008-ci ildə başlamış “Bakı prosesi”nin təşəbbüskarıyıq. Həmin vaxt biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına onların İslam Əməkdaşlıq Təşkilatındakı həmkarlarını da dəvət etdik. İlk dəfə idi ki, bu iclasda Avropa və müsəlman aləmini təmsil edən 100-dən artıq ölkə iştirak edirdi. Sonradan bu tədbir davam etdirildi. Biz eyni tədbirləri gələn il ərzində də keçirəcəyik. Ona görə ki, bu təşəbbüslər sivilizasiyalar, xalqlar və ölkələr arasında daha çox anlaşmaya xidmət edir.

Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə mədəniyyətlərarası dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki hamımız bilirik ki, bu gün ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında ayrılmadır. Biz Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına üzvlüyümüzü nəzərə alırıq. Biz sıx əməkdaşlığa, daha çox anlaşmaya, dəstəyə töhfə verməyə çalışırıq. Hesab edirəm ki, həmin səylər yaxşı nəticələr verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş təmsilçiləri qəbul edirik. Siz gənclər cəmiyyətlərinizin fəal təbəqəsinin nümayəndələrisiniz. Ölkələrinizdə sizi böyük gələcək gözləyir. Buna görə tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq və yardım etmək cəhdləri, fikrimcə, çox vacibdir. Hazırkı qlobal forum, həmçinin bu baxımdan çox əhəmiyyətli olacaq.

Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Həmçinin, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir. Hazırda ilk peykimiz var. Biz kosmos sənayesinə malik olan ölkəyik. Buna görə informasiya texnologiyaları çox sürətlə inkişaf edir və burada gənc nəslimiz aparıcı qüvvədir.

Biz iki ildən az müddət öncə “ASAN” adlanan yeni dövlət xidmətləri sistemini tətbiq etməyə başlamışıq. İngiliscə bu, “easy” yəni, “asan” deməkdir. Eyni yerdə “bir pəncərə” prinsipi ilə təqribən 30 növ xidmət göstərilir. “ASAN” sistemində çalışanların və könüllülərin tam əksəriyyəti gənc nəslin nümayəndələridir. Buna görə bu gün biznes fəaliyyətinin bir çox sahələrində bilikli, vətənpərvər, Azərbaycanın inkişafına çox sədaqətli gənc idarəetmə mütəxəssisləri var. Əminəm ki, gələn illərdə bu meyil daha da güclənəcək. Bir sözlə, bunlar bizim üçün əhəmiyyətli olan əsas sahələrdir.

Azərbaycan müstəqillik baxımından gənc ölkədir, yalnız 23 ildir ki, müstəqildir. Eyni zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir.

Təhlükəsizlik məsələlərinə gəldikdə, biz, həmçinin yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətənini qoruyur. Erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsi gənc nəslin nümayəndələri olub. Bu, regional təhlükəsizliyə ən böyük təhdiddir. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan Ermənistanın silahlı təcavüzü, etnik təmizləmə siyasəti və tarixi torpaqlarımızı işğal etməsi ilə üzləşdi. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, əsrlər boyu azərbaycanlılar bu bölgədə yaşayıblar. Ermənistanın dəstəklədiyi təcavüzkar separatizm bu vəziyyəti yaratdı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bir milyon insan həmin təcavüz nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər tərəfindən Xocalı soyqırımı törədilib və 600-dən çox günahsız insan, - onlardan 100-dən artıq qadın, 60-dan çox uşaq, - yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib.

Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır və iyirmi ildən çoxdur ki, icra olunmur. ATƏT eyni qərarları qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assamblyeası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri belə qərarlar qəbul ediblər. Onlar mövqeyimizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır.

Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq. Beynəlxalq ictimaiyyət nəinki bu məsələ ilə əlaqədar, ümumiyyətlə, bizi qəti surətdə dəstəkləyir. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Biz iki il - 2012-2013-cü illər ərzində Təhlükəsizlik Şurasının üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyətinin dəstəyi ilə seçildik, 155 ölkə Azərbaycanın lehinə səs verdi. Bu, bizim üçün xüsusilə vacib idi. Çünki o vaxt cəmi iyirmi il öncə müstəqillik qazanmış Azərbaycan beynəlxalq birliyin mühüm üzvünə çevrildi və biz 155 ölkənin bu cür güclü dəstəyinə nail olduq.

Bu, yalnız bizim fəal diplomatiyamızın və beynəlxalq səviyyədə səylərimizin sayəsində deyil, o cümlədən Azərbaycanın artıq etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq problemlərə gəldikdə, öz mövqeyi ilə seçilən ölkə kimi tanınması nəticəsində mümkün oldu. Biz öz mövqeyimizi təkcə ifadə etmirik, onu müdafiə edirik və mövqeyimizin bu və ya digər səbəblərə, tarixi hadisələrə və regionumuz haqqında biliklərimizə əsaslandığını sübut edirik. Bu baxımdan hesab edirik ki, biz bu siyasətə görə etibarlı tərəfdaş olmuşuq. Biz müstəqilliyimizin son iyirmi ildən artıq müddətində dünyanın bu qədər ölkəsinin dəstəyini qazandıq. Bu, həmçinin böyük məsuliyyətdir.

Biz Təhlükəsizlik Şurasının üzvü olduğumuz iki il ərzində öncədən bəyan etdiyimiz kimi, ədaləti və beynəlxalq hüququ müdafiə etdik. Əgər həmin iki element hər bir ölkənin prioriteti olarsa, əminəm ki, gərginlik, toqquşma, müharibələr və qan tökülməsi daha az olar. Beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir. Ədalət hamı üçün olmalıdır. Çünki bizim hamımız beynəlxalq birliyin üzvləriyik. Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla bilər.

Əfsuslar olsun ki, bizi, yəni, Azərbaycanı əhatə edən regionlarda - Orta Şərqdə, Avropada və dünyanın digər bölgələrində çox mürəkkəb hadisələrin və bəzən onların çox faciəli nəticələrinin şahidi oluruq. Bu səbəbdən dünya terrorçuluğa qarşı mübarizədə, beynəlxalq hüququn və ədalətin müdafiəsində bir yerdə olmalıdır.

Azərbaycan yerləşdiyi regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rol oynayır. Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir. Biz regionda sabitləşdirici qüvvə, amil kimi öz rolumuzu oynayırıq. Çünki biz regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, enerji və daşımalar sahəsinə aid olan addımlarla böyük nailiyyətlər əldə edə bilərik.

Siyasətimiz çox aydındır. Bu, regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o cümlədən iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə doğru yönələn siyasətdir. Hər bir ölkə, əlbəttə ki, maksimal səviyyədə sabitlik və təhlükəsizliyə nail olmağa çalışır. Çünki bu, inkişaf üçün ilkin şərtdir. Əgər sabitlik və təhlükəsizlik olmasa, onda sərmayələr də olmayacaq. Sərmayəsiz isə bu gün dünyanın hətta inkişaf etmiş ölkələri belə irəliyə doğru gedə bilməz. Eyni zamanda, hər bir ölkə öz hüdudlarından kənarda da təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Axı, siz ayrıca adada yaşamırsınız, sizin qonşularınız var. Ona görə biz öz sərhədlərimizdən kənarda, o cümlədən daxildə - Azərbaycanda proqnozlaşdırılan və sabit vəziyyətin olmasında maraqlıyıq. Biz regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu cür yanaşırıq.

İrəli sürdüyümüz iqtisadi, enerji və daşımalar təşəbbüsləri bütün iştirakçılara fayda verir. Maksimal nəticələri yalnız bütün tərəflərin faydalandığı halda əldə etmək olar. Biz Azərbaycanda qitələrarası daşımalar üzrə mühüm beynəlxalq layihələrə başlamışıq. Bu layihələr enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə aiddir. Bu təşəbbüslərə qoşulmuş bütün ölkələr bundan bəhrələnir. Belə halda əməkdaşlıq davamlı, proqnozlaşdırılan və faydalı olur. Bu səbəbdən fəaliyyətimizin bu hissəsi möhkəm iqtisadi bünövrəyə əsaslanır və inkişafın əsas qüvvəsidir.

Müstəqilliyimizi bərpa etdiyimiz zaman iqtisadiyyatımız demək olar ki, sıfır səviyyəsində idi. Siyasi, hərbi böhran, erməni işğalı, vətəndaş müharibəsi, iqtisadiyyatın tam tənəzzülü 1990-cı illərin əvvəllərindəki vəziyyətin səciyyəvi cəhətləri idi. Lakin davamlı səylərlə siyasi sabitlik, siyasi islahatlar, demoqrafik inkişaf, müasir demokratik təsisatlar, azad mətbuat formalaşdı. Bu gün bizdə internet azaddır və əhalimizin 70 faizdən çoxu internetdən istifadə edir. Digər siyasi azadlıqlar, qanunun aliliyi, iqtisadi tərəqqi və islahatlar uğurlu inkişafı şərtləndirdi. Siyasi islahatlar və azadlıqlar olmadan davamlı uğur qazanmaq mümkün deyildi. Çünki siz uğuru müəyyən vaxt üçün əldə edə bilərsiniz, lakin davamlı uğur üçün insanlara əsas azadlıqları təmin etməlisiniz. Çünki hər bir kəs anadan azad doğulur və insanlar azad cəmiyyətdə, təhlükəsizlikdə və bütün əsas azadlıqların müdafiə olunduğu şəraitdə yaşamalıdırlar.

Buna görə siyasi islahatlara iqtisadi islahatlarla dəstək verdik. İqtisadi islahatlar olmadan siyasi islahatları həyata keçirmək çox çətindir. Özünü təmin edən güclü iqtisadiyyatın qurulması bizim məqsədimiz idi. Bunun sayəsində etimad, iqtisadi müstəqillik və nəhayət, siyasi müstəqillik təmin olundu. Siyasi müstəqilliyi, müstəqil siyasəti iqtisadi əsaslar olmadan təmin etmək çətindir. Özünü təmin edən iqtisadiyyata malik olmayan, digər ölkələrdən asılı olan ölkələrə gəldikdə isə, onların özləri də müəyyən dərəcədə siyasi baxımdan asılıdır. Buna görə hər bir ölkə əvvəlcə özünün iqtisadi müstəqilliyini təmin etməlidir. Belə halda siz özünüzü azad, əmin, güclü hiss edəcəksiniz və öz mülahizələrinizi irəli sürə bilərsiniz. Onlar da bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır.

Azərbaycanda bu gün də davam etdirdiyimiz iqtisadi islahatlar rəqəmlərdə əks olunur. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Bizim üçün ən böyük nailiyyətlərdən biri təkcə ondan ibarət deyil ki, son illər ərzində iqtisadiyyatımız üç dəfə artıb. Həmçinin, yoxsulluq və işsizlik də 5 faizə qədər azalıb. Bu, həmçinin daha çox gənclərə yardımçı olan amildir. Çünki biz böyük əmək qüvvəsinə, müsbət demoqrafik vəziyyətə malik olan ölkəyik. Buna görə iş yerlərinin yaradılması daim həyata keçirilməlidir. Biz son on il ərzində 1 milyon 300 min iş yeri açmışıq və işsizlik sosial bəla kimi Azərbaycanda artıq mövcud deyil. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə çox aşağıdır. Bu, yalnız 8 faiz təşkil edir və o deməkdir ki, biz daha çox maliyyə resurslarını cəlb edə bilərik, lakin biz bu rəqəmi keçməməyə çalışırıq. Çünki ümumi daxili məhsul-xarici borc nisbəti iqtisadi sabitliyin əsas elementlərindən biridir. Eyni zamanda, bilirik ki, daim borc götürən ölkələr bir gün onu yüksək faizlə qaytarmalıdırlar.

Biz burada siyasətçilərin məsuliyyəti məsələsinə toxunuruq. Çünki burada gələcəyin bir çox mühüm siyasətçilərini görürəm. Siz ölkələrinizdə yüksək vəzifələr tutacaqsınız. Buna görə siyasi xadimlərin siyasi məsuliyyəti, iqtisadiyyat üzərində məsuliyyət, həmçinin çox əhəmiyyətli məsələdir. Bilirik ki, bəzən müəyyən ölkələrdə bəzi seçki kampaniyalarında, siyasi vəziyyətlərdə insanlara böyük vədlər verilir ki, onların əməkhaqları, pensiyaları artacaq və cənnət yaranacaq. İnsanlar bu sözlərə inanaraq həmin siyasətçilərə səs verirlər. Siyasətçilər isə öz vədlərini yerinə yetirməlidirlər, lakin bunu edə bilmirlər, çünki iqtisadi məhdudiyyətlər var. Bu halda onlar nə edirlər? Başlayırlar beynəlxalq maliyyə təsisatlarından, digər ölkələrdən borc götürməyə. Bu, bir piramidaya oxşayır. Dayanmadan kreditlər yığırlar və bir gün hər şey dağılır. Lakin kim əziyyət çəkir? Yenə də adi insanlar. Həmin populist bəyanatlara aldanmış insanlar əziyyət çəkir, çünki onların maaşları, pensiyaları azaldılır, iş yerləri ixtisar edilir və s.

Buna görə hər bir ölkənin iqtisadi mövqeyi real vəziyyətə əsaslanmalıdır. İslahatları necə aparmaq lazımdır? Bunu etmək çətin deyil. Sərmayələri necə cəlb etmək lazımdır? Yaxşı biznes mühiti, sabit siyasi vəziyyət və proqnozlaşdırılan gələcək olmalıdır. Bu halda sərmayədar gələ bilər, çünki onları sərmayə qoymağa başqa cür dəvət etmək çox çətindir. Qlobal bazarlarda iqtisadi və maliyyə böhranı yenə də davam edir. Bu sahədə müəyyən təcrübəmiz var, iqtisadiyyatımız davamlıdır, çoxşaxəlidir və irəliyə doğru rəvan şəkildə gedir. Davamlı inkişaf isə əsas hədəfimiz olub.

Sessiyalarda sizi müzakirələr gözləyir. Bildirmək istəyirəm ki, qonaqlarımızı burada qəbul etmək bizim üçün böyük şərəfdir. Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq. Ümid edirəm ki, bu günlər xatirinizdə qalacaq. Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq.

Bu forumda bizimlə iştirak etdiyinizə görə minnətdaram. Sizə ən xoş arzularımı çatdırır və uğurlar arzulayıram. Çox sağ olun.

X X X
Rəsmi açılışdan sonra forum sessiyalarla öz işini davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılışı olubAzərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edibVİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb