Budapeştin Beynəlxalq Hava Limanında qarşılanma VİDEO
Budapeşt, 10 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Macarıstana işgüzar səfərə gəlib.
Budapeştin Ferents List Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
X X X
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban birgə şam etdilər.