QAN YADDAŞI
Xaçmazlı şagirdlər Xocalı soyqırımını tablolara köçürüblər VİDEO
Xaçmaz, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbi şagirdlərinin faciəni əks etdirən 60-a yaxın rəsm əsəri nümayiş olunur.
Açılış mərasimində çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri qırğından bəhs ediblər.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, eləcə də Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.
Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş sərgi Xaçmaz Dövlət Rəsm Qalereyasında martın 1-dək davam edəcək.