Dmitriy Nazimtsev: Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi məndə unudulmaz hisslər oyatdı VİDEO
Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi təbii ki, məndə dərin izlər buraxdı. Ölkəniz yüksək səviyyədə müsabiqəyə ev sahibliyi etdi.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiyanın müsabiqədəki nümayəndə heyətinin üzvü Dmitri Nazimtsev deyib.
Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu bildirən Dmitri Nazimtsev iki dövlətin bir-birini müxtəlif beynəlxalq arenalarda dəstəklədiyini qeyd edib, Bakıda keçirilən müsabiqənin heç bir zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb: “Mən artıq 9-cu “Eurovision”da iştirak edirəm. Ümidvaram ki, Azərbaycan bu müsabiqədə yenidən qalib olacaq və biz bu əsrarəngiz ölkəyə bir daha səfər etmək imkanı qazanacağıq. Müsabiqədəki favoritlərim Azərbaycan, Belçika, Rusiyadır.
Bakıda daha bir idman bayramı - Birinci Avropa Oyunları keçiriləcək. Sizin qonaqpərvərliyinizə yaxından bələd olduğum üçün əminəm ki, ölkəniz bu yarışları yüksək səviyyədə keçirəcək”.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana