MƏDƏNİYYƏT
TRT AVAZ telekanalında “Qarabağın səssiz harayı” filmi barədə veriliş yayımlanıb VİDEO
İstanbul, 3 iyun, AZƏRTAC
TRT AVAZ telekanalında “Qarabağın səssiz harayı” filmi barədə veriliş yayımlanıb. Verilişdə filmdən ayrı-ayrı fraqmentlər göstərilib, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və törətdiyi qanlı terror aktlarının ağır nəticələrinə dair şərhlər verilib.
Xatırladaq ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu ilin martında Türkiyə Radio Televiziya (TRT) qurumunun təşkilatçılığı ilə Ankarada “Qarabağın səssiz harayı” filminin təqdimatı keçirilib. Beş bölümdən ibarət bu film daha sonra TRT Avaz kanalında tam şəkildə yayımlanıb.
Statistikaya görə, www.youtube.com saytında yerləşdirilən “Qarabağın səssiz harayı” filmi ən çox izlənilən ekran əsərləri sırasındadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul