İDMAN
Azərbaycan birinci Avropa Oyunlarında daha bir qızıl medal qazandı VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar.
AZƏRTAC xəbər verir ki, kişilər arasında kumite yarışlarında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda italiyalı Luici Busanı 1:0 hesabı ilə məğlub edərək birinci yeri tutub. Üçüncü yeri isə türkiyəli karateçi Erman Eltemur tutub.
İdmançıların mükafatlandırılması mərasimində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qaliblərə təqdim edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Rəfael Ağayev dördqat dünya və 12 dəfə Avropa çempionu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO
- 03.05.2024 [16:38]