İDMAN
Azərbaycan birinci Avropa Oyunlarında öz hesabına üçüncü qızıl medalı yazdı [YENİLƏNİB] VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medalları idmançılara təqdim etdi.
Dünya Güləş Birliyinin prezidenti Nenad Lalovic isə mükafatçılara xatirə hədiyyələri təqdim etdi.
Sonra Azərbaycanın dövlət himni səsləndirildi.
20:24
Azərbaycan birinci Avropa Oyunlarında öz hesabına üçüncü qızıl medalı yazdı. Bu dəfə yunan-Roma güləşçilərimiz fərqləniblər.
AZƏRTAC xəbər verir ki, yarışda 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Rəsul Çunayev final görüşündə Macarıstan güləşçisi Balint Korpasini məğlub edib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri arenada idmançımızın oyununa baxıblar.
Bununla aktivində 3 qızıl və 3 bürünc medal olan Azərbaycan yığması komanda hesabında ikinci yerə yüksəlib.
Bu çəki dərəcəsində xorvatiyalı Dominik Etlinger və Almaniya təmsilçisi Frank Staebler bürünc medallara sahib olublar.