İDMAN
Fransanın “liberation.fr” saytında birinci Avropa Oyunları ilə bağlı reportaj yerləşdirilib VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Fransanın “liberation.fr” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı reportaj yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, reportajda birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm təşkil edildiyi və yaddaşlara həkk olunduğu bildirilir. Vurğulanır ki, birinci Avropa Oyunları idman sahəsində ilin ən çox gözlənilən hadisələrindən biridir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarını çox qısa müddətdə hazırlayıb və uğurla keçirir.
Reportajda Bakının möhtəşəm idman qurğularından görüntülər yer almışdır.
Süjetdə, həmçinin Oyunların açılış mərasimində məşhur amerikalı müğənni Ledi Qaqanın bəstəkar Elton Conun “İmagine” mahnısını ifa etdiyi vurğulanır.