8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşıb
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı şəhərinin Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu kilometrindən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, prospektin sözügedən hissəsində aparılmış təmir işləri nəticəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yararsız qrunt yenilənib, daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.