Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti İsmayıllıda VİDEO

İsmayıllı, 7 may, Adil Ağayev, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamıza gələn Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti mayın 7-də İsmayıllıda olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar. Mərkəzin foyesində məktəblilərin tarda və pianoda səsləndirdikləri milli musiqi nümunələri, o cümlədən muğam və mahnılar qonaqlarda xoş təəssürat yaradıb.

Yaponiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzinin konfrans zalında şəhər 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb. Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasındakı dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı səfərlər, hər iki şəhərin məktəblilərinin görüşləri artıq bir ənənəyə çevrilib. Hazırda şəhər 1 saylı məktəbdə yapon dilinin tədrisi üzrə kurs fəaliyyət göstərir və şagirdlər bu dili həvəslə öyrənirlər. Odur ki, görüşdə şagirdlər Ülkər Aslanlının, Suğra Ağamalıyevanın, Şamxal İsrayılzadənin yapon dilində müraciətləri, suallar vermələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Yaponiyanın Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka Azərbaycana, o cümlədən İto şəhəri ilə qardaşlaşan İsmayıllıya səfərindən, mehribanlıqla qarşılanmalarından məmnun olduğunu bildirərək, Azərbaycanın Yaponiya üçün önəmli bir ölkə olduğunu deyib. Ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Kazunori Tanaka Azərbaycanın böyük inkişaf perspektivlərinin olduğunu bildirib.

Görüşdə məktəblilərin Yaponiyada təhsil sistemi, İkinci Dünya Müharibəsində Naqasaki və Xirosima şəhərlərindəki faciə, Dağlıq Qarabağla bağlı sualları nümayəndə heyətinin üzvləri tərəfindən cavablandırılıb.

Kazunori Tanaka Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükə yaratdığını və bölgənin inkişafına əngəllər törətdiyini bildirib, problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Məktəblilərlə görüşdən sonra yaponiyalı qonaqlar Heydər Əliyev Mərkəzi və buradakı dərnəklərin fəaliyyəti ilə tanış olublar.

Rayon icra hakimiyyətində keçirilən görüşdə nümayəndə heyətinə İsmayıllı barədə məlumat verilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllı sənətkarlarının əl işləri olan misgərlik əşyası, ipək kəlağayı və yapon dilində nəşr olunan milli mətbəximiz barədə kitab hədiyyə edib.

Qonaqlar, həmçinin şəhərdə salınan Yapon parkı, Yaponiya hökumətinin qrant yardımı ilə tikilən yeni uşaq bağçası ilə də tanış olublar.

Daha sonra Yaponiya nümayəndə heyəti Lahıc qəsəbəsinə səfər edib.

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti İsmayıllıda VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-ın toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır

ADPU-da tədbir: “Dil Tədrisi Sammiti 2026”

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub YENİLƏNİB

Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiya nəşr edilib

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb

“Gənclik ölümə inanmır...” – Səməd Vurğunun qızının xatirələri

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Süni intellektin dövlət auditində tətbiqi Ali Auditorlar Palatasında nəzərdən keçirilib

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNİB

Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir

Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır VİDEO

Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır VİDEO

Folklor İnstitutunun professorunun iştirakı ilə “Türk dünyası uşaq nağılları” kitabı hazırlanıb

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi

Bilik və təcrübəmi Azərbaycanda tətbiq etməyi düşünürəm - Londonda təhsil alan Sahibə Dünyamalıyeva ilə MÜSAHİBƏ

İsveçdə parlament seçkilərinin nəticələri məlum olub

Lerikdə zəlzələ olub

Yaponiya Nazirlər Kabinetinin tərkibi yenilənib

Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub YENİLƏNİB

Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Milli Məclisin İqtisadi siyasət komitəsində 11 məsələyə baxılıb

F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun vaxtı bəlli olub

Azərbaycan iqtisadiyyatı haqqında akademik məlumat ABŞ-də beynəlxalq auditoriyaya təqdim edilib

BDU-nun dörd tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

® “Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə alternativ marşrutlar tövsiyə edir

Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

® Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırıb – 13 qalib avtomobilinə qovuşub

KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak edib

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başlayıb

Ermənistanda revanşist yanaşmaların davam etməsi sülh prosesinə inamı zəiflədir – ŞƏRH

"Universal Energy": Ümid edirik ki, Azərbaycanda daha çox Günəş və külək elektrik stansiyaları tikiləcək

İrakli Kobaxidze: Gürcüstan İrana qarşı müstəqil sanksiya tətbiq etmir

Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

Amerikalı basketbolçu Azərbaycanda klubunu dəyişib

Soner Kılıç: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm turizm körpüsüdür

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeni tədris ilinə start verilib

Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb – BİRGƏ MƏLUMAT

BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb

Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib VİDEO

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib VİDEO

Ermənistanda Azərbaycana qarşı kampaniya: Hakimiyyətin səhnə arxasından yönləndirməsi – TƏHLİL