İDMAN
İsveçrə millisi “Avro-2016”ya qələbə ilə başlayıb VİDEO
Paris, 11 iyun, AZƏRTAC
İyunun 11-də “Avro-2016”nın “A” qrupu çərçivəsində ikinci oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransanın Lens şəhərindəki “Bollar-Delelis” stadionunda Albaniya və İsveçrə milli komandaları qarşılaşıb. İspaniyalı baş hakim Karlos Velasko Karbalyonun idarə etdiyi oyunun 5-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Fabian Şar hesabı açıb. Oyunun ilk hissəsi İsveçrə millisinin minimal üstünlüyü ilə başa çatıb.
Matçın qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissəsində bir neçə təhlükəli qol vəziyyətinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparan Albaniya millisi 0:1 hesabı ilə məğlub olub.