“Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo qəzaya uğrayıb VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib.
AZƏRTAC xəbər verir ki, trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib. Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.