Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşü başlayıb VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də saat 17:00-da Formula-1 Avropa Qran-prisinin ikinci test yürüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, ikinci yürüşdə də hər biri iki pilotdan ibarət 11 komanda iştirak edir.
Qeyd edək ki, birinci test yürüşünü “Mersedes”in britaniyalı pilotu Luis Hamilton birinci sırada başa vurub.