Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədəki Nizami Gəncəvi Muzeyinə böyük ziyarətçi marağı var VİDEO

Gəncə, 2 iyul, Rauf Hacıyev, AZƏRTAC

Muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, icad etdiyi və gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, mühafizə olunduğu xüsusi məkanlardır. Bu baxımdan Gəncə son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu bir-birindən yaraşıqlı muzeylərin tikilib istifadəyə verildiyi şəhər kimi diqqəti cəlb edir. Hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biri də Nizami Gəncəvi Muzeyidir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, muzey binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfərində istifadəyə verilib. Orijinal layihə əsasında tikilən muzey binası zirzəmi və 3 mərtəbədən ibarətdir. Qısa müddət ərzində mərkəzdə olduqca dəyərli sənət nümunələri, əşyalar toplanıb.

Muzeyin önündə sol tərəfdə dahi şair Nizami Gəncəvinin büstü qoyulub. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu guşə yaradılıb, şairin həyat və bədii yaradıcılığını əks etdirən monitor, həmçinin elektron məlumat köşkü quraşdırılıb.

Binanın ikinci mərtəbəsində isə geniş sərgi salonu yaradılıb. Elə muzeyə aid dəyərli eksponatlar da burada sərgilənir. Mərkəzlə tanışlıq sərgi salonunun yuxarı hissəsindən başlayır. Muzeyin qonaqlarını burada Nizami Gəncəvinin əzəmətli heykəli qarşılayır. Sərgi salonunun divar və sütunlarında dünya poeziyasının nəhənglərinin, dahi yazarların, mütəfəkkirlərin Azərbaycan şairi haqqında söylədikləri fikirlər əks olunub.

Muzeyin özəlliklərindən biri də Azərbaycanın Mərkəzi Bankı tərəfindən qızıldan hazırlanmış ayrı-ayrı vaxtlarda Nizami Gəncəvi mükafatına layiq görülmüş görkəmli ictimai-siyasi və dövlət xadimlərinin - Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer, Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq prezidenti Bill Klinton, Latviyanın sabiq baş naziri Vaira Vike-Freyberqa, Niderlandın sabiq baş naziri Vim Kok, Oksford məktəbinin rəhbəri, Britaniya Kral Akademiyasının prezidenti Baronessa Süzan Qrenfeld, UNESCO-nun xüsusi elçisi Valter Füst, Misirin İsgəndəriyyə Kitabxanasının rəhbəri doktor İsmail Seragəldin və Dalay-Lama kimi görkəmli dövlət, elm və din xadimlərinin dahi mütəfəkkir haqqında söylədikləri dəyərli fikirlərinin öz əksini tapmasıdır.

Divarlarda XIII-XVII əsrlərə aid, Metropoliten, Bruklin muzeylərində, Yel Universitetində, həmçinin Misirin İsgəndəriyyə, Rusiyanın Saltıkov-Şedrin və Avstriyanın Milli Kitabxanalarında, Azərbaycan Əlyazmalar İnstitutda mühafizə olunan “Xəmsə” əlyazmaları və miniatürlərinin nüsxələri qorunur. Sərgi salonunda nümayiş olunan Azərbaycanın görkəmli heykəltəraş və rəssamlarının düzəltdikləri əl işləri - “Xəmsə” miniatürləri əsasında toxunan süjetli, ipək, pambıq, yun-ipək qarışıqlı bədii xalçalar, şairin əsərlərinin motivləri əsasında hazırlanan müxtəlif formalı çini qablar, eləcə də əsərlərin qəhrəmanlarına həsr olunan şərq motivli heykəlciklər və fiqurlar muzeyin qiymətli eksponatları sırasındadır. Muzeydə əsasən Azərbaycanın əməkdar və xalq rəssamları - Arif Hüseynov, Şərif Şərifov, Rafael Abbasov, Xaliq Əhmədov, Eldar Hacıyev, Rasim İsmayıloğlu, Xanlar Əhmədov, İsmayıl Məmmədov, Namiq Dadaşov və Firəngiz Hacıyevanın əl işlərindən ibarət müxtəlif materiallardan, fərqli texnika və üslublarda hazırlanan olduqca qiymətli, nəfis sənət nümunələri nümayiş olunur.

Sərgi zalında Nizami Gəncəvinin sələfləri və xələfləri adlı ayrıca guşə yaradılıb ki, burada da şairin özündən əvvəl və sonra Gəncədə yaşayıb-yaradan böyük şəxsiyyətlərin şəkli asılıb, haqqında məlumat verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Burada dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.

Muzeydə dahi şairin 870 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən çap olunan “Xəmsə” və monoqrafiyalar, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ölkəyə gətirilən müxtəlif əsrlərə aid “Xəmsə” əlyazmaları və Qurani-Kərim nümunələri sərgilənir.

Əlbəttə bənzərsiz poetik irsi ilə özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyan Nizami Gəncəvinin həyat və yaradıcılığına daim böyük maraq olub. Odur ki, hazırda dünyanın elə böyük muzey, arxiv və əlyazmaların saxlandığı mədəni mərkəz tapmaq olmaz ki, orada dahi şairin yaradıcılığından bəhs edən hər hansı əlyazma və yaxud əşya qorunub saxlanmasın. Lakin şairin doğma vətənində, xüsusilə də onun dəfn olunduğu türbənin önündə bu cür muzey mərkəzinin yaradılması qonaqlara həm böyük mütəfəkkirin məzarını ziyarət etməyə, həm də onun yaradıcılığının əks olunduğu muzeylə tanış olmağa imkan yaradır.

Muzey əməkdaşları bildirirlər ki, böyük mütəfəkkir Nizami Gəncəvi irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur. Qətiyyətlə demək olar ki, XII əsrdən dövrümüzə qədər Nizami Gəncəvinin bədii irsi, onun əsərlərində toxunduğu bəşəri estetik ideyalar, humanizm prinsipləri, yaratdığı ən kamil insan surətləri dünya ədəbiyyatsevərləri tərəfindən hansı məhəbbətlə sevilibsə, bu gün şairin vətəni Gəncədə adını daşıyan muzey mərkəzi də istər yerli, istərsə də xarici qonaqlar tərəfindən eyni məhəbbətlə sevilir, böyük maraqla ziyarət olunur.

Gəncədəki Nizami Gəncəvi Muzeyinə böyük ziyarətçi marağı var VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir