Saat 12.00: Seçici fəallığı 30,6 faiz olub VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Saat 12.00-a olan məlumata görə, respublika üzrə seçicilərin 1 milyon 613 min 879 nəfəri səs verib. Bu da 30,6 faiz seçici fəallığı deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.