DÜNYA


ABŞ-da aktiv neft quyularının sayı azalıb

Bakı, 21 iyul, AZƏRTAC

ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 8 ədəd azalaraq 1046 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 96 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 5 ədəd azalaraq 858 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 94 ədəd artıb.

Ölkədəki aktiv qaz quyularının sayı da 2 ədəd azalaraq 187 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 1 ədəd çoxdur.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.