Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi

Aİ-nin qeyri-müəyyən ssenariləri: analitik xəbərdarlığı və Brüsselin laqeydliyi

Artıq bir neçə ildir ki, Qərbin tanınmış analitik və ekspertləri Avropa İttifaqının təkamül ssenariləri ilə bağlı fərqli proqnozlar verirlər. Proqnozların spektri genişdir, lakin onların sırasında bədbin əhval-ruhiyyəli tezislər də az yer almır. İndi isə mütəxəssislər bir qədər də irəli gedərək Aİ-nin xaosa yuvarlandığından bəhs edirlər. Bu zaman onlar konkret faktlara və əlamətlərə əsaslanırlar. Belə görünür ki, həmin məsələ Brüssel üçün getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Proseslər bu istiqamətdə inkişaf edərsə, qarşıya hansı təhlükələr çıxa bilər? Aİ doğrudan da xaosa yuvarlana bilərmi? Bu halda dünya sisteminin aqibəti necə ola bilər? Bu kimi suallara cavab axtarmaq üçün Aİ-ni xaosa sürükləyən faktorların geosiyasi təhlili üzərində geniş dayanaq.

Faktların məntiqi: Brüssel üçün mürəkkəb problemlər

ABŞ Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas "Project Syndicate" nəşrinə yazdığı məqalədə iddia edib ki, Avropa İttifaqı inamla xaosa doğru gedir. Dünya siyasəti üzrə tanınmış və təcrübəli bir mütəxəssisin bu proqnozu ekspertlərin diqqətini cəlb edir. Aİ-nin hansı parametrlər üzrə xaosa düçar olduğu analiz olunur. Əslində, belə bir xarakteristika uzun illərdir ki, Avropa İttifaqı haqqında məqalələrdə yer alır. İndi məsələ daha qabarıq və əhatəli şəkildə, konkret faktlarla təqdim olunur.

Avropanın 28 ölkəsinin birləşdiyi Aİ özlüyündə möhkəm bir təşkilatdır. Bu təşkilata Almaniya və Fransa kimi güclü dövlətlər daxildir. Aİ həm də dünyanın ən inkişaf etmiş geosiyasi məkanındadır. Onun Amerika kimi müttəfiqi var. Almaniya iqtisadiyyatı isə hazırda dünyanın ən güclü iqtisadi sistemləri sırasına daxildir. Bütün bunların fonunda Riçard Haas hansı səbəblərdən bu təşkilatın xaosa doğru gedəcəyini proqnozlaşdırır?

Məsələyə geniş aspektdə və müxtəlif geosiyasi proseslərin qarşılıqlı əlaqəsi müstəvisində baxdıqda, həqiqətən də Aİ-nin gələcəyi ilə bağlı müəyyən sualların meydana çıxdığına əmin oluruq. Hər şeydən öncə, təhlükəsizlik məsələsində təşkilatın qəti bir mövqedə olmadığı aydınlaşır. Məsələ ondan ibarətdir ki, Aİ-nin ən çox inkişaf etmiş üzvləri ilə digərlərinin təhlükəsizliklə bağlı mövqelərində fərqlər var və onlar prinsipial xarakter daşıyır.

Almaniya və Fransa Avropa ordusunu qurmağı daha məqsədəuyğun hesab edirlər. Daha az inkişaf etmiş üzvlər isə bu ağırlığı qaldıra bilməyəcəklərini ifadə edirlər. Onlar bir tərəfdən təhlükəsizlik üçün bir sıra təhdidlərin meydana gəldiyini deyir, digər tərəfdən isə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmək istəmirlər. Məsələn, hesab edirlər ki, miqrasiya problemi Aİ üçün ciddi çətinliklər yaradır. Miqrantların Avropaya buraxılmasına qarşı çıxırlar. Lakin, eyni zamanda, bunun üçün antiliberal və ya qatı milliyyətçi mövqe tuturlar. Bu xətt isə Avropanı birləşməyə deyil, lokallaşmağa aparır.

Çünki təşkilatın hər bir üzvü millətçi mövqedə olsa, onda inteqrativ qurumların fəaliyyəti iflic olar. Ortaq fəaliyyət strategiyası hazırlamaq çətinləşir. Deyək ki, Macarıstan və İtaliya miqrasiya məsələsində digərlərindən fərqli tədbirlər həyata keçirir, sərt inzibati proqramlarla insanların ölkəyə buraxılmasına əngəl törədirlər. Belə halda hansı meyarlarla ümumi təhlükəsizlik kursu müəyyənləşdirmək olar? Ekspertlərin cavabı birmənalıdır: bu, mümkün deyil!

O halda Aİ üzvləri miqrasiya problemini ümumi proqramla necə həll edə bilərlər? Bu sualın cavabı aydın deyil. Deməli, doğrudan da təhlükəsizliyin bu aspekti ilə bağlı təşkilat daxilində bir qeyri-müəyyənlik var və bu, prosesləri xaosa sürükləyir.

Fransada bir neçə müddətdir davam edən "sarı jiletlilər" hərəkatı prizmasından da eyni mənzərə yaranır. Fransa polisi ancaq çox sərt güc tətbiq etməklə bu kütləvi hərəkatı söndürə bildi. Lakin ekspertlər əmindirlər ki, bununla problem həllini tapmadı. Çünki etirazlar konkret sosial problemlərə görə yaranmışdı. İndi onun başqa Aİ üzvlərinin ərazilərinə yayılması ehtimal olunur. Yəni "sarı jiletlilər" bütövlükdə Aİ-nin ümumi probleminə çevrilsə, Brüssel həll yolunu necə tapacaq?

Ekspertlər hesab edirlər ki, bu məsələnin həlli Aİ-yə daxil olan ölkələrdə siyasi elitanın transformasiya mərhələsində olması ilə daha da çətinləşir. Belə ki, Almaniyada Angela Merkelin istefa barədə qərarı ilə siyasi mühitin ciddi dəyişikliyə uğraması gözlənilir. Yeni siyasi qüvvələrin tamamilə fərqli miqrasiya və maliyyə siyasəti yeridəcəyi ehtimal edilir.

Siyasi və ideoloji savaş: təşkilat silkələnir

Fransada Emmanuel Makrona qarşı olan hərəkat göstərdi ki, sağçı populist Marin Le Penin mövqeyi getdikcə möhkəmlənir. Bu isə ölkədə avropasentristlərin siyasi mövqeyinin zəifləməsi əlamətidir. Deməli, Fransa növbəti seçkidən sonra Avropa inteqrasiyasının əleyhinə ola bilər. Bununla avtomatik olaraq təşkilatda fikir ayrılığı sürətlənər ki, bu da özlüyündə qarışıqlığa və ayrılığa aparıb çıxara bilər.

İtaliyada vəziyyət xeyli vaxtdır ki, gərgindir. Roma büdcə kəsirləri ilə bağlı Brüssellə yola getmir. İtaliya büdcə kəsirlərini təşkilatın ümumi maliyyə imkanları hesablına həll etmək inadından dönmür. Fransada etiraz aksiyalarının vüsət almasına da Roma sevinib. Çünki hesab edir ki, problem yalnız İtaliya ilə bağlı deyil. İtaliyada sağ populistlərin hakimiyyətdə olması bütün Avropa üçün təhlükə yaratmaqda, onu xaosa sürükləməkdədir.

Eyni fikirləri Avstriya, Yunanıstan, Macarıstan, İspaniya, Portuqaliya haqqında da demək olar. Bütün bunlar Böyük Britaniyanın Aİ-dən çıxması fonunda daha təhlükəli təsir bağışlayır. Ekspertlərin rəyinə görə, Aİ-ni xaosa aparan proseslər sırasında sözügedən "eksit"lər ayrıca rol oynaya bilər. Məsələn, artıq "Breksit" Şotlandiya və İrlandiya problemlərini yaradıb. Prosesin genişlənməsi ilə bu növ problemlərin sayı arta bilər. Macarıstan çox radikal millətçi mövqedədir. Bu ölkə hətta Aİ-ni tərk etmək, Brüssel isə Budapeştin tutduğu radikal mövqeyə görə Macarıstanı cəzalandırmaq fikrinə düşür.

Bu cür qarşılıqlı ittihamlar, təbii ki, mərkəzlə ayrı-ayrı üzvlər arasında uçurum yaradır. Heç kəs zəmanət verə bilmir ki, oxşar tendensiya Şərqi Avropanın digər ölkələrində baş qaldırmayacaq. Bu halda Aİ bir təşkilat olaraq daha geniş aspektdə problemlərlə üz-üzə qalmış olacaq. R.Haas bu vəziyyəti xaosa doğru bir addım sayır.

Avropa İttifaqında xaosu gündəmə gətirən digər faktoru fərqli ideoloji konseptlərin qabarmasında axtarmaq olar. Məsələ ondan ibarətdir ki, hazırda İttifaq ölkələrində radikal millətçilikdən tutmuş liberalizmə qədər bir neçə cərəyan inkişaf edir. Onların sırasında sağ populistlər daha çox seçilirlər. Bu qrup Avropada inteqrasiyanın və qloballaşmanın əleyhinədirlər. Məsələn, Avropa Parlamentində xarici və təhlükəsizlik siyasəti ilə bağlı hazırlanmış hesabata sağçı əhval-ruhiyyəli qüvvələrin reaksiyası maraqlı olub. Onlar qəbul edilən qətnaməyə münasibət bildirərkən açıq vurğulayıblar ki, Aİ-də militarist əhval-ruhiyyə artır və bunun təzahürü kimi vahid Avropa ordusu yaradılması təklifini göstəriblər.

Parlamentdə hələlik azlıq təşkil edən sağlar göstərirlər ki, Aİ bir tərəfdən demokratiyadan və insan haqlarından danışır, digər tərəfdən münaqişələri həll etmək üçün daha çox maliyyə arzulayır və strukturları birləşdirməyə çalışır. Əslində isə Aİ bütün hərbi strukturları ləğv etməli, silahsızlaşma aparmalı və problemləri yalnız dinc üsulla həll etmək yolunu tutmalıdır.

Hələlik bu səs zəifdir, ancaq qarşıdakı seçkidə sağlar qalib gəlsə, onda Brüsselin vəziyyəti necə olacaq? Avropa təhlükəsizlik və miqrasiya məsələlərində vahid mövqedən çıxış edə biləcəkmi? Bu suallara ekspertlərin cavabı mənfidir. Bu səbəbdən Aİ-ni qarşıda həmin aspektdə hansı sürprizlərin gözlədiyini demək çətindir.

Bütün bunlardan belə nəticə çıxara bilərik ki, Riçard Haasın qənaətləri əsassız deyil. Üstəlik, qlobal geosiyasi proseslərdə turbulentliyin artması halında Aİ-də mərkəzdənqaçma tendensiyasının güclənməsi ehtimalı daha da artacaq.

Avropa İttifaqı kimi böyük bir təşkilatda xaosun meydana gəlməsi daha geniş miqyasda problemlərə səbəb olacaq. Mümkündür ki, xaotik proseslər müxtəlif regionlara da yayılsın. Onda Aİ-də başlayan qarışıqlığın bütün dünyaya yayılması ehtimalından da danışa bilərik. Maraqlıdır ki, Brüsselin bunun qarşısının alınması ilə bağlı konkret planına dair informasiya yoxdur. Ekspertləri də narahat edən məhz bu məqamdır.

Bütövlükdə Avropa İttifaqında xaosun dərinləşəcəyinə dair proqnozlar siyasi liderləri daha məsuliyyətli olmağa çağırır. Artıq bu tendensiya ilə bağlı müxtəlif səviyyələrdə fikirlər ifadə edilir. Görünür, Qərbin siyasi liderləri konkret və qətiyyətli addım ataraq demokratiya ilə təhlükəsizlik arasında uyğun nisbəti tapmalıdırlar. Bu balans təmin edilməsə, Avropanı və ümumən dünyanı nələrin gözlədiyini proqnozlaşdırmaq da çox çətinləşəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq