ELM VƏ TƏHSİL


Akademik Məhəmməd Mehdiyevin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

Bakı, 21 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyevin “Elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik analizi” (Asymptotic Analysis of Spatial Problems in Elasticity) adlı monoqrafiyası ingilis dilində ABŞ-ın İsveçrədəki məşhur “Springer” nəşriyyatında çapdan çıxıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyanın əsasını müəllif və onun tələbələrinin Bakı Dövlət Universiteti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aldıqları nəticələrin bir hissəsi təşkil edir. Kitabda boş silindr üçün anizotrop elastiklik nəzəriyyəsinin statik və dinamik məsələlərinin bircins həlləri verilib. Eyni zamanda, üçölçülü elastiklik nəzəriyyəsi əsasında boş silindrin məxsusi rəqslərinin tezliyinin tapılması üçün asimptotik proses qurulub, bəzi tətbiqi nəzəriyyələrin keyfiyyətli tədqiqi aparılıb və bu nəzəriyyələrin tətbiqolunma sərhədləri müəyyən edilib.

Monoqrafiya elastiklik nəzəriyyəsi, lövhə və örtüklər nəzəriyyəsi, tətbiqi riyaziyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.