Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlcəzair ilə ilk dövlətlərarası müqavilə imzalanıb

Əlcəzair ilə ilk dövlətlərarası müqavilə imzalanıb

Bakı, 21 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hərtərəfli islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə böyük əhəmiyyət verilir, bu məqsədlə bir çox xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə səmərəli ikitərəfli əlaqələr qurulub.

Ötən il respublikamızın ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Eyni zamanda, ekstradisiya haqqında müqavilə layihəsi hazırlanaraq razılaşdırılıb və Əlcəzair Ədliyyə Nazirliyi nümayəndə heyətinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı paraflanıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin sənədin imzalanması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

İyunun 21-də Əlcəzair nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Əlcəzairin ədliyyə naziri Tayeb Louhun görüşü keçirilib.

Azərbaycan və Əlcəzair arasında əlaqələrin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikanın siyasi iradəsini qeyd edən nazir F.Məmmədov “İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ildə Əlcəzairə səfərini və keçirilmiş rəsmi görüşləri məmnunluqla xatırladıb, nazirliklərarası Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsində yeni səhifə açdığını söyləyib, hazırkı səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə təkan olacağına əminliyini ifadə edib.

Nazir respublikamızın müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs edərək ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Tayeb Louh ölkələrimiz arasındakı tarixi əlaqələrin genişləndirilməsinə dövlət başçılarının xüsusi önəm verdiyini, hər iki ölkənin Ədliyyə nazirliklərinin bu istiqamətdə səylə çalışdığını vurğulayıb, imzalanmış Anlaşma Memorandumunun hüquqi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini bildirib.

Qonaq, həmçinin Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi, innovasiyaların tətbiqi sahəsində əldə olunan nailiyyətləri təqdir edib, səfər zamanı Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzləri ilə tanışlıqdan heyranlığını ifadə edib, ASAN-ın göstərdiyi xidmətləri maraqla qarşılayaraq bu sahədə təcrübəmizlə daha yaxından tanış olmaq barədə istəklərini bildirib.

Əlcəzairli nazir qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan və Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb.

Mərasimdə bəyanatlarla çıxış edən nazirlər qeyd ediblər ki, imzalanan bu mühüm sənəd ilk dövlətlərarası müqavilə olmaqla cinayət əməli törətmiş şəxslərin təslim edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə, ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizəyə töhfə verəcək.

Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan Ədliyyəsinin tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətinə və məhkəmə-hüquq islahatlarına dair, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.

Tədbirin yekununda KİV nümayəndələrinə müsahibə verilib.

Həmin gün əlcəzairli nazirin Azərbaycan Respublikasının Baş naziri ilə, həmçinin Milli Məclisdə və Baş Prokurorluqda görüşləri olub.

Səfər zamanı Konstitusiya və Ali məhkəmələrdə də rəsmi görüşlərin keçirilməsi, Əlcəzair ədliyyə nazirinin hakimlər, hakimliyə namizədlər, ədliyyə işçiləri, vəkillər və prokurorluq əməkdaşları üçün mühazirəsi, eləcə də nümayəndə heyətinin müasir məhkəmə infrastrukturu və elektron məhkəmə sisteminin tətbiqi, habelə paytaxtın mədəni və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları”

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti olub

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Naxçıvan” klubu daha bir amerikalı basketbolçunu transfer edib

Ötən il Türkiyədə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 247 milyonu ötüb

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq

Beyləqanda vətəndaşların sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/13/2025 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi icra məmurunun şəxsi işinin aparılması qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/9/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Tərkibi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

“Sabah”ın 5 futbolçusu müxtəlif ölkələrin komandalarına dəvət alıb