SİYASƏT
Əli Əhmədov: Azərbaycan Ordusu azğınlaşmış erməni quldurlarının təxribatlarının qarşısını qəhrəmancasına aldı
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın təxribatının qarşısının alınmasında hərbçilərimizin qəhrəmanlığı haqqında “Facebook” səhifəsindəki paylaşımında bildirib.
Əli Əhmədov qeyd edib: “Xalq yeni qəhrəmanlarını tanıdı. Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik. Allah şəhidlərimizə rəhmət etsin!”