Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan ordusunun hərbçiləri döyüşlərdə iştirak etməkdən imtina edir
Bakı, 22 oktyabr, AZƏRTAC
Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin 543-cü alayının ehtiyat bölmələrinin hərbi qulluqçularının Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinlərinin cəlb edildiyi məlum olub. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [10:58]
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
- 15.09.2026 [13:57]
Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir VİDEO
- 14.09.2026 [13:01]
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub VİDEO
- 13.09.2026 [13:17]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 09.09.2026 [19:04]